Azərbaycanda sentyabr ayı ərzində ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib.
Bakuplus.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Yoxlamaların 105-i planlı, 5-i plandankənar olub.
Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.