Qobuda qətl törətməkdə və əmlakı yandırmaqla məhv etməkdə təqsirləndirilən Cahangir Ramazanlının apellyasiya şikayəti təmin edilməyib.
Hadisə 2021-ci il iyulun 9-da Abşeron rayonunun Qobu qəsəbəsindəki fərdi yaşayış evlərindən birində baş verib. İstintaqa görə, Cahangir Ramazanlı oğlu Emin Ramazanovla qabaqcadan əlbir olaraq qisas məqsədilə Ülfət Höccətova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra meyitin üzərinə, evin otağına və dəhlizinə dizel yanacağı tökərək yanğın törədiblər.
Cinayət işi üzrə Emin Ramazanov 19 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 3 ilini həbsxanada, 16 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, axtarışda olan Emin Ramazanov 2025-ci il mayın 20-də saxlanılıb. O, mediada bir sıra saytlarda çalışıb və özünü "baş redaktor" kimi təqdim edib. Sonradan özünü "peyğəmbər" elan edərək onkoloji xəstələri müalicə etdiyini iddia edib. Onun müxtəlif ritual görüntüləri də sosial şəbəkələrdə yayılmışdı.
pravda.аz
Fotoda: Ülfət Höccətov