top
Polkovnik qardaşımı vurdu, atam infarkt keçirib öldü...
27 oktyabr 2025, 14:30
- ↺ +

"Polkovnik qardaşımı vurdu, atam infarkt keçirib öldü..."

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Nəsimi rayonu ərazisində sürücülər arasında ciddi mübahisə baş verib.

Qafqazinfo.az-a müraciət edən H.Əsgərli bildirib ki, hadisə oktyabrın 9-da yaşadığı binanın qarajında qeydə alınıb.

Onun iddiasına görə, Dövlət Gömrük Komitəsinin polkovniki olan qonşusu Mirzə Sadıqov qardaşını döyüb, atasının isə ölümünə səbəb olub. Qardaşı N.Əsgərlinin döyüldüyü hadisənin görüntülərini təqdim edən şikayətçi qeyd edib ki, mübahisə onlara məxsus avtomobilin M.Sadıqovun maşınının buferinə toxunaraq cüzi zərər vurması üstündə başlayıb: "Həmin gün saat 22 radələrində yaşadığım Koveroçkin küçəsi, 58 nömrəli binanın qarajında avtomobillə qonşuluqda yaşayan Mirzə Sadıqova məxsus avtomobilə xırda toxunmaqla zərər vurmuşuq. Arxa bufer kiçik ölçüdə əzilib. Dərhal mühafizəçiyə zəng edərək avtomobilin kimə məxsus olmasını soruşdum və Mirzə Sadıqovla əlaqə saxlayaraq avtomobilə xırda zərər dəyməsi ilə bağlı bildirdim və zərərin az olmasına görə ona 100 manat təklif etdim. Ona bildirdim ki, təklif etdiyim məbləğlə razı deyilsə, polis və sığorta çağıraq, bu məsələni qanunla həll edək. Lakin o, mənimlə kobud danışmağa başladı və ziyanı artıqlaması ilə ödətdirəcəyini dedi".

Bundan sonra tərəflər görüşüb məsələni yerində aydınlaşdırmaq və maşına baxış keçirmək qərarına gəliblər. Dava-dalaş da həmin vaxt baş verib: "Mirzə məsələni qanundankənar formada həll edəcəyini bildirərək ora bir neçə nəfər kənar adamı çağırıb. Mən də binanın həyətinə düşdüm, atam başqa adamların da məhəlləyə toplaşdığını görərək məsələnin sakitcə həll olunması üçün bizdən xəbərsiz qardaşımın ardınca qaraja enib. Orada atam Mirzəgilin idmançı görkəmli şəxslərlə gəldiyini görərək onların dava axtardığını başa düşüb və DİN-in 102 xidmətinə məlumat verib. Elə həmin vaxt mən həyətdə olarkən qardaşım qarajda Mirzəgillə rastlaşıb və söhbət etməyə çalışıb. Bu zaman yüksək səslə söyüşlər söyən, ünvanımıza təhqirlər səsləndirən Mirzə Sadıqov qardaşıma hücum edərək onun baş nahiyəsinə yumruqla zərbə endirib, sonra təpikləməyə başlayıb və əməllərinə davam edib".

H.Əsgərli əlavə edib ki, atası ilə qaraja daxil olanda dava davam edirmiş: "Həmin şəxs söyüş və təhqirlərinə davam edirdi. Atam ona bildirdi ki, əgər məsələni bu yolla həll edirsə, biz də polis çağırırıq, dəymiş zərəri də sığortadan alarsız. Bundan sonra Mirzə atama hücum edərək sinəsindən vurub itələdi, buferdəki əziyə görə 400 manat ödəməli olduğumuzu kobud şəkildə bildirdi. Atam söz-söhbətin daha da böyüyəcəyindən ehtiyat edərək bizi binanın liftinə salıb uzaqlaşdırmaq istədi. Buna baxmayaraq, Mirzə liftin qarşısını kəsərək hərəkətlərinə davam edirdi. Binanın komendantı və digər şəxslərin köməkliyi ilə liftə daxil olub evə qalxdıq".

Şikayətçi bildirib ki, hadisədən bir neçə dəqiqə sonra atasının halı pisləşib: "Atam N.Əsgərov evə qalxandan sonra özünü pis hiss etməyə başladı, onu tər basmışdı. Soruşdum halın niyə dəyişdi? Cavab verdi ki, qarajda Mirzə mənim sinəmdən vurdu. Həmin vaxt başa düşdük ki, atam hadisənin ağır stresi, ailəmizin təhqir olunması səbəbindən infarkt keçirir və təcili tibbi yardım çağırdıq. Amma həkimlər gələnə kimi atam dünyasını dəyişdi".

H.Əsgərlinin sözlərinə görə, baş vermiş dava-dalaş və atasının ölümü ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır: "Hadisəni törədən şəxs rütbəli adam olduğu və vəzifə daşıdığı üçün işə prokurorluq baxır. Biz bu məsələ ilə bağlı rəsmi qurumlara müraciətlər ünvanlamışıq və xahiş edirik ki, Mirzə Sadıqov cinayət məsuliyyətinə cəlb edilərək barəsində hüquqi tədbirlər görülsün".

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri ekspertizalar təyin edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər