top
Qəbirdə dirildiyi deyilən aktrisanın doğum günüdür
19 dekabr 2025, 11:33
- ↺ +

Qəbirdə dirildiyi deyilən aktrisanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

19 dekabr görkəmli aktrisa Gülşən Qurbanovanın doğum günüdür.

Gülşən Ağadadaş qızı Qurbanova 1950-ci ildə Bakıda anadan olub. Orta təhsilini 175 saylı məktəbdə rus dilində alıb. 15 yaşında Kitabxanaçılıq texnikumunu bitirdikdən sonra TV-də rejissor assistenti işləməyə başlayıb. 1974-cü ildə Azərbaycan Teatr institutunun aktyorluq fakültəsini bitirib. Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından olub.

Aktrisa teatrda işlədiyi illərdə "Mənim nəğməkar bibim", "Ana laylası", "Tamahkar", "Fudzi dağında qonaqlıq", "Zəncirlənmiş Prometey", "Pul dəlisi", "Bala bəla sözündəndir" kimi tamaşalarda koloritli obrazlar yaradıb. Onun filmoqrafiyasında isə 20-dən artıq film yer alıb. Gülşən Qurbanova aktyor Ağadadaş Qurbanovun qızı olub. Atasının faciəvi ölümü isə onun gözlərinin qarşısında baş verib. Ağadadaş Qurbanov Salyana qastrola gedəndə 15 yaşlı Gülşəni də özü ilə bərabər aparıb. Mehmanxanaların birində Gülşənlə atasının dayandığı eyvan uçub. Ağadadaş Qurbanov vəfat edib, Gülşənin isə qolu sınıb. Onu xəstəxanaya aparıblar və atasının ölümünü bir müddət ondan gizlədiblər.

Məşhur aktyor Hamlet Qurbanov aktrisanın ata bir ana ayrı qardaşı olub. Atasının ölümünə qədər onlar heç zaman görüşməyiblər. Yalnız atasının dəfn mərasimində bacı-qardaş tanış olublar.

Gülşən Qurbanova dünyasını dəyişəndən sonra onun qəbirdə dirildiyi, kəfəni cırdığı haqda iddialar yayılıb. İddialarda qeyd olunur ki, ölümündən bir neçə gün sonra onun qəbri yaxınları tərəfindən açılıb, aktrisanın üz gözünün cırıq-cırıq olduğunu görüblər.

Lakin bu söz-söhbətlərdən sonra aktrisanın qızı Kəmalə bir neçə sayta açıqlama verərək bildirib ki, Gülşən Qurbanovanın ölümü ilə bağlı yayılan bu fikirlər heç bir halda həqiqəti əks etdirmir.

Son xəbərlər

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Dünən, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
11 oktyabr 2026, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
10 oktyabr 2026, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
10 oktyabr 2026, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Xəbər
10 oktyabr 2026, 13:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Oxşar xəbərlər