top
Qobu klubunun rəhbəri qəzada ölən futbolçulardan danışdı: Avtoyuma məntəqəsi işlədirdilər - YENİLƏNİB
30 iyul 2026, 16:51
- +

"Qobu" klubunun rəhbəri qəzada ölən futbolçulardan danışdı: "Avtoyuma məntəqəsi işlədirdilər" - YENİLƏNİB

"Dünən ağır qəza nəticəsində həyatını itirən keçmiş futbolçular Rauf Hüseynov və Bəhruz Sultanov "Qobu" futbol klubunun oyunçusu olublar. Hər ikisi təxminən bir il əvvəl klubun formasını geyinib. Onların faciəvi şəkildə ölümündən biz də sarsıldıq".

Bunu "Qobu" futbol klubunun rəhbəri Rəşad Abasov Qobu-Lökbatan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən klubun sabiq futbolçuları Rauf Hüseynli və Bəhruz Sultanov barədə danışarkən deyib.

O bildirib ki, hadisə barədə detallı məlumatı yoxdur: "Hər ikisinin son klubu "Qobu" olub. Rauf məşqçi kimi çalışmağa başladı, azyaşlı uşaqlara dərs deyirdi. Səhv etmirəmsə, Bəhruz da Raufun yanında işləyirdi. Dost idilər. İkisi də bir yerdə böyüyüblər. Bəhruz subay idi, amma Raufun 3 qızı var. Maşın da Raufa məxsus olub. Daha əvvəl onların adı hər hansı insident və ya hadisədə hallanmayıb. Problemsiz, sakit təbiətli insanlar olublar. Onlar birlikdə avtoyuma məntəqəsi işlədirdilər".

Qeyd edək ki, dünən axşam saatlarında Qobu-Lökbatan yolunda baş verən ağır-yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Mənbə: Teleqraf.az


11:58

Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən "Qobu" futbol klubunun oyunçuları Bəhruz Sultanov və Rauf Hüseynov haqqında bir sıra məqamlar məlum olub.

"Qobu" futbol klubunun baş məşqçisi Adil Babayev qeyd edib ki, qəzada həyatını itirən hər iki futbolçu əslən Bakının Qobu kəndindən olublar.

Adil Babayev xatırlayır ki, hələ 2002-ci ildə Bakı Kəndlər Birinciliyi futbol çempionatında "Qobu" klubu qızıl medallara sahib olarkən Bəhruzla Rauf klubun əsas futbolçuları olub və kuboku kəndə gətirən heyətin üzvləridirlər.

Qobulu mütəxəssis həyatlarını itirən gənclərin keçdiyi idman yolu barədə də danışıb:

"Bəhruzla Rauf futbola 1995-ci ildə Lökbatan qəsəbəsində yerləşən "Neftçi" İdman Klubunda başlayıblar. Hər iki futbolçu ilk "Qaradağ Lökbatan" klubunun heyətində Azərbaycan birinci liqasında komandanın aparıcı futbolçuları olublar".

"Qobu"nun baş məşqçisi bildirib ki, Bəhruz Sultanov bir müddət sonra seçimlərdə özünü yaxşı tərəfdən göstərərək "Xəzər Lənkəran"ın heyətinə cəlb edilib:

"Daha sonra Bəhruz Sultanov AZAL klubunun heyətində Azərbaycan Premyer Liqasında oynadı. Sonuncu oynadığı yer isə "Qobu" futbol klubu olub. Bəhruz ailəli deyildi".

Adil Babayev qəzada həyatını itirən digər futbolçu Rauf Hüseynov barədə də qısa məlumat verib.

"Rauf "Qaradağ Lökbatan"da özünü yaxşı tərəfdən göstərəndən sonra "Turan Tovuza"a dəvət almışdı. Lakin Qobuda həm də məşqçi kimi çalışdığına görə, Tovuza getməkdən imtina etmişdi. Ailəli idi, özündən sonra üç uşağı yadigar qaldı".

Adil Babayev futbolçuların həyatlarını itirdikləri ağır qəza haqqında da danışıb:

"Baş verən məlum yol-nəqliyyat hadisəsi haqqında geniş məlumatımız yoxdur. Ancaq bir fakt məlumdur ki, qəza vaxtı sükan arxasında Rauf Hüseynov olub. Mən bir məşqçi kimi öz zəhmətimi onlara halal edirəm. Allah rəhmət etsin".

Məlumat üçün əlavə edək ki, ötən gün axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, "Ford"un sürücüsü isə xəsarətlər alıb. Qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar. Qeyd edək ki, "Qobu" 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

Mənbə: İdman.Biz

Son xəbərlər

Xəbər
Dünən, 18:00

700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olundu

Xəbər
Dünən, 17:20

27 yaşlı oğlan futbol oynayarkən öldü

Xəbər
Dünən, 16:23

Vergi Xidmətinin vəzifəli şəxsi həbs edildi - Rüşvət alırmış

Xəbər
Dünən, 16:17

Arvadını 14 bıçaq zərbəsi ilə öldürdü

Xəbər
Dünən, 15:33

Cavad Mircavadovun məzarı ilə bağlı zəruri tədbirlər görüləcək - YENİLƏNİB+RƏSMİ

Xəbər
Dünən, 15:06

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslərin ölkədəki əlaqələri ifşa edildi - VİDEO

Xəbər
Dünən, 13:14

DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı

Xəbər
Dünən, 13:06

Onlar general-leytenant oldu

Xəbər
Dünən, 13:03

Sabah Bakıda 32 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:22

Bir sıra hərbi qulluqçular təltif edildi - Siyahı

Xəbər
Dünən, 11:55

Bakıda mənzildən meyit tapıldı

Xəbər
Dünən, 11:00

İlhamə Quliyevanın doğum günüdür

Xəbər
Dünən, 10:35

Ötən həftə 13 nəfərin meyiti tapıldı - VİDEO

Xəbər
Dünən, 09:40

"Yeddi oğul istərəm"in Cəlalının doğum günüdür

Xəbər
16 avqust 2026, 21:00

17-23 avqust tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
16 avqust 2026, 11:00

Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

Xəbər
15 avqust 2026, 17:26

Bu gün xan qızı Natəvanın doğum günüdür

Xəbər
15 avqust 2026, 17:04

İlk Bakuplus.az işıqlandırdı - Qonşuların 20 illik toyuq problemi həllini tapdı

Xəbər
15 avqust 2026, 16:41

Bu il doğulan uşaqlara ən çox qoyulan ADLAR

Xəbər
15 avqust 2026, 15:12

Dələduzluq edən 8 nəfər saxlanıldı

Xəbər
15 avqust 2026, 14:19

"28 May–Nizami" xəttində 100-ə yaxın avtobus cəlb olunub - AYNA

Xəbər
15 avqust 2026, 13:32

İlk ali təhsilli azərbaycanlı qadının anım günüdür

Xəbər
15 avqust 2026, 12:43

Pirşağıda "Qızıl qum" çimərliyi zibillik içindədir

Xəbər
15 avqust 2026, 11:38

Bakıda atasına cavab qaytaran qız DÖYÜLDÜ

Oxşar xəbərlər