top
Qızıl fit sahibi Tofiq Bəhramovun anım günüdür
26 mart 2026, 11:55
- ↺ +

"Qızıl fit" sahibi Tofiq Bəhramovun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün məşhur Azərbaycan futbol hakimi Tofiq Bəhramovun vəfatından 33 il ötür.

İdman.Biz xəbər verir ki, əfsanəvi referi 29 yanvar 1925-ci ildə Şuşa şəhərinin Çuxur məhəllə məhəlləsində anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzasının İncəvar kəndindən didərgin düşüblər. Uşaqlıq illəri Şuşada keçib. Sonra atasının işləri ilə əlaqədar olaraq, əvvəlcə Ağdama, bir qədər vaxtdan sonra isə Bakıya köçməli olub.

Futbolçu karyerasına 1943-cü ildə başlayan Bəhramov əvvəlcə "Spartak"ın gənclər komandasında çıxış edib, daha sonra isə "Neftyannik"ə dəvət olunub. Məşq zamanı komanda yoldaşı Valentin Xlıstovla mübarizədə ayağından aldığı ağır zədə onun yaşıl meydanlardakı çıxışına erkən – 25 yaşında son qoyub. Futbola olan sevgisi onu bu idman növündən uzaq düşməyə qoymayıb və o, fəaliyyətini hakim kimi davam etdirmək qərarına gəlib.

1951-ci ildə Bakı kuboku uğrunda "Dinamo" - "İnşaatçı" matçına hakim gəlmədiyi üçün 26 yaşlı Tofiq Bəhramova oyunu idarə etməyi təklif edirlər. İlk qarşılaşması qalmaqalla nəticələnib. Amma altı aydan sonra Respublika birinciliyində baş hakim kimi debüt edib.

1952-ci ildə Respublika dərəcəli hakim adını alan Bəhramov iki il sonra futbol üzrə SSRİ çempionatının aşağı liqasında Tbilisi və Daşkənd komandalarının oyununda ədaləti təmin edib. Get-gedə ümidləri doğruldan referi həmin il "Neftçi" və Efiopiya yığmaları arasında yoldaşlıq oyununu da idarə edib.

Bəhramov 1965-ci ildən beynəlxalq matçları idarə etmək hüququ qazanıb və keçmiş İttifaqda avrokubokların finalında hakimlik etmiş ilk referi olub. Həmçinin 1972-ci ildə UEFA kubokunun final matçı ("Vulverhemton" - "Tottenhem") ona da tapşırılıb.

Həmyerlimizin adını dünya futbol tarixinə qızıl hərflərlə yazdıran hadisə 1966-cı dünya çempionatının finalı olub. Almaniya və İngiltərə yığmaları arasında keçirilən həlledici matçda Ceff Herstin mübahisəli qolunu qeydə alan referinin qərarının tam doğru olduğu sonradan sübuta yetirilib.

Həmin dövrdə "Qızıl fit"lə yalnız baş hakimlər mükafatlandırılsa da, Britaniya kraliçası bu qaydanı pozaraq tarixi matçın yan xətt hakiminə həm "Qızıl fit"i, həm də "Qızıl ilahə"nin kiçik modelini təqdim edib. Qolun müəllifi Herst Bəhramova da borclu qalmayıb. O, məşhur hakimin oğlu Bəhram Bəhramovu evinə çağıraraq ona üstündə azərbaycanca "Çox sağ ol" yazılmış futbol köynəyini təqdim edib.

Məşhur hakimin Azərbaycan futbolu qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib və ölkənin bir nömrəli idman arenası olan Respublika stadionuna onun adı verilib. Arenanın girişində dünyada ilk dəfə olaraq bir hakimin şərəfinə abidə ucaldılıb.

Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laysman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da Bakıda üçüncü dəfə infarkt keçirərək 68 yaşında dünyasını dəyişib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər