top
Qohumunu 17 bıçaq zərbəsi ilə öldürdü
12 avqust 2026, 17:15
- ↺ +

Qohumunu 17 bıçaq zərbəsi ilə öldürdü

Sumqayıt Apellyasiya Məhkəməsində qohumunu xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Vüqar Abuzərovun barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 29 avqust 2025-ci il tarixdə, saat 11 radələrində təqsirləndirilən şəxsin yaşadığı Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Zərərşəkmiş şəxs 1971-ci il təvəllüdlü Adil İmambaxışov Vüqar Aburzərovun evində təmir işləri görüb. Onlar qohum olublar. Günlərin birində isə məhz təmir işləri ilə bağlı bu şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı Adil hamam otağında olan şüşə banka ilə Vüqarın başına zərbə endirib. 

Bundan sonra Vüqar Adili öldürmək qərarına gəlib. O, bıçaqla zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə, eləcə də həyat fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan orqanların yerləşdiyi nahiyələrə çoxsaylı zərbələr endirib.

İttihama əsasən, Vüqar xüsusi amansızlıq nümayiş etdirib.

Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, Adilin bədənində ümumilikdə 14 kəsilmiş-deşilmiş və kəsilmiş yara müəyyən edilib. Həmin xəsarətlərdən yaranmış kəskin daxili və xarici qanitirmə Adilin ölümünə səbəb olub.

Məhkəməsinin hökmü ilə Vüqar Abuzərov 17 il azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Bu gün, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Bu gün, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Oxşar xəbərlər