Bakının Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bakuplus.az xəbər verir ki, Xətai rayon Polis İdarəsi 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.