top
Qohumunun üzünə kükürd turşusu tökən qadın yenidən məhkəmə qarşısında
08 sentyabr 2025, 10:55
- ↺ +

Qohumunun üzünə kükürd turşusu tökən qadın yenidən məhkəmə qarşısında

Adam öldürməyə cəhddə təqsirləndirilən Laura Babayevanın barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.

İttihama görə, hadisə 02 iyul 2016-cı il tarixdə, saat 11:30 radələrində Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Laura Babayeva qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı şəxslə münasibətlərinin pozulmasına qohumu olan qadın, zərərçəkmiş İ.İ.-nı (şərti) günahlandırıb. O, guya onun başqa kişilərlə münasibət saxlayaraq ərinə xəyanət etməsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymasının səbəb olduğu qənaətinə gəlib. Laura İ.İ.-dan qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlib. O, zərərçəkmiş şəxsin yaşadığı ünvana gələrək mənzilin giriş qapısını özündə olan açarla açıb içəri daxil olub. Həmin vaxtı hamam otağından dəhlizə çıxan qohumuna yaxınlaşaraq "Sən hələ sağsan? Sən elə bilirsən ki, hələ yaşayacaqsan?" ifadələrini işlədib, özü ilə gətirdiyi "Vertimek" etiketli bir litrlik polimer balonda olan kükürd turşusunu İ.İ.-nın üzərinə töküb.

İstintaqın gəldiyi nəticəyə görə Laura zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laura Babayeva Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib, hökmü dəyişib. Belə ki, məhkumun əməli CM-in 29, 120.2.4-cü maddəsindən CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və qadının cəzası 3 ilə endirilib. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə təmin etməyib. Daha sonra qərarından zərərçəkmiş şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, onun barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən göndərilib.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
05 oktyabr 2026, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
05 oktyabr 2026, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
05 oktyabr 2026, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
05 oktyabr 2026, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
05 oktyabr 2026, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
05 oktyabr 2026, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
05 oktyabr 2026, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
05 oktyabr 2026, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
05 oktyabr 2026, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Oxşar xəbərlər