top
Qulu Ağsəsin Saat 6-nı gözləyirəm kitabının təqdimat mərasimi keçirilib – FOTO
10 iyun 2026, 13:25
- ↺ +

Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" kitabının təqdimat mərasimi keçirilib – FOTO

"Ulduz" jurnalının baş redaktoru, şair-yazıçı Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" kitabının təqdimat mərasimi keçirilib.

Apa.az-ın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Qulu Ağsəs bildirib ki, kitabın adı 2020-ci il Vətən müharibəsi dövründə yaşanan hisslərdən qaynaqlanır.

O, həmin günlərdə hər zaman səhər saat 6-da qələbə xəbəri eşidəcəyimizə inandığını, bunu tez-tez dilə gətirdiyini və məhz buna görə də kitabı "Saat 6-nı gözləyirəm" adlandırdığını vurğulayıb.

Müəllifin sözlərinə görə, kitabda Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tanınmış şəxsiyyətlər haqqında esselər yer alıb və nəşr müxtəlif mövzuları əhatə edən kiçik həcmli yazılardan ibarətdir.

Xalq yazıçısı Çingiz Abdullayev bu kitabın çoxsaylı oxucular tərəfindən maraqla qarşılanacağına inandığını deyib.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas bildirib ki, Qulu Ağsəs peşəkar redaktor olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malikdir.

Tədbirdə çıxış edən professor Sevinc Əliyeva kitabda Azərbaycan dilinin ifadə imkanları, rəngarəngliyi və bədii gücünün aydın şəkildə əks olunduğunu diqqətə çatdırıb. O, həmçinin, Qulu Ağsəsin şeirlərinə məktəb dərsliklərində də yer verilməsinin məqsədəuyğun olacağını bildirib.

Tədbirdə çıxış edənlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıb, kitabın geniş oxucu auditoriyası qazanacağına əminliklərini ifadə ediblər.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər