top
Qumar kralının Bakıdakı mülkləri - SİYAHI
18 dekabr 2025, 09:24
- +

"Qumar kralı"nın Bakıdakı mülkləri - SİYAHI

"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb.

Qafqazinfo.az Yusif Baqiyevin üzərinə məhkəmə qərarı ilə həbs qoyulan əsas əmlaklarının siyahısını əldə edib.

Az qala, Şəkinin yarısını "alıbmış"

Siyahıdan görünür ki, Yusif Baqiyevin özünün, həyat yoldaşının və digər yaxın qohumlarının adına rəsmiləşdirilən əmlakların böyük hissəsi Şəki şəhərində yerləşir. Şəhərin demək olar ki, hər küçəsində olan sərvəti təxminən 5 milyon manat qiymətləndirilir.

- Bəxtiyar Vahabzadə, Səmədbəy Mehmandarov, Məmməd Şərif Həmidov, Fuad Əbdürahmanov, Mikayıl Müşfiq, Şah İsmayıl Xətai küçələri, eləcə də İstiqlaliyyət və Məmməd Əmin Rəsulzadə prospektlərində yerləşən fərdi yaşayış evləri, villalar və mənzillər;

- Ayrı-ayrı yerlərdə çoxsaylı torpaq sahələri;

- Qeyri-yaşayış sahələri (obyektlər);

- Qoxmuq kəndində böyük ərazini əhatə edən ayrıca qeyri-yaşayış sahəsi.

Bakı və Abşerondakı mülklər

Yusif Baqiyevin paytaxt və Abşeron ərazisində də xeyli sayda əmlakı müəyyən edilib:

- Səbail rayonu, Badamdar qəsəbəsində bir neçə mənzil;

- Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və Ş.Qurbanov küçələrində, həmçinin Saray və Hökməli qəsəbələrində yerləşən çoxsaylı mənzillər, bağ evləri və torpaq sahələri.

- "Lamborghini Urus" və "Mercedes-Benz G63 AMG" (müvafiq olaraq 400 min manata yaxın və 332 350 manat qiymətləndirilir - red) markalı lüks avtomobillər.

Bu siyahıda Şəkili Yusifin məhkəmə qərarı ilə həbs qoyulan əsas əmlaklarının adları yer alır. Amma bunlardan əlavə də çoxsaylı mülklər var ki, prokurorluqda onların da cinayət yolu ilə qazanılmış pullar hesabına alındığına əsaslı şübhələr yaranıb.

Hazırda cinayət işi üzrə məhkəmə araşdırması gedir. İttihamda yazılıb ki, Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvləri qanunsuz əldə olunmuş pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsini müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırıblar

Son xəbərlər

Xəbər
Bu gün, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Bu gün, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Bu gün, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Bu gün, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Bu gün, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Oxşar xəbərlər