top
Ramiz Mehdiyevlə bir əlaqəm varsa... - Şərurlu İsfəndiyarın işində də onun adı keçir
15 dekabr 2025, 14:16
- ↺ +

"Ramiz Mehdiyevlə bir əlaqəm varsa..." - Şərurlu İsfəndiyarın işində də onun adı keçir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmədə də Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin adı hallanır.

Qafqazinfo.az-ın məlumatına görə, Şərurlu İsfəndiyarı məhkəməyə verən "Proqres 2016" MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovun vəkili Asim Abbasov bu məsələdən söz açıb.

Əvvəlki iclasda İ.Axundovun xüsusi ittihamçıya qarşı işlətdiyi sözlərində təhqir əlamətlərinin olub-olmadığını müəyyən etmək üçün ekspertiza keçirilmişdi. Həmin ekspertizanın rəyi hazır olsa da, müdafiə tərəfi nəticə ilə razılaşmır.

Vəkil Asim Abbasov iddia edir ki, bu rəyi verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva sabiq AMEA prezidenti Ramiz Mehdiyevin vaxtında, onun əmri ilə təyin edilib.

Vəkilin dediyinə görə, həmin institut direktorunun Ramiz Mehdiyevlə, Ramiz Mehdiyevin isə İsfəndiyar Axundovla əlaqəsinin olması barədə məlumatlar var. Ehtimal olunan mümkün təsir imkanlarını nəzərə alaraq ekspert rəyinin sübutlar siyahısından çıxarılması xahiş edilib.

Müdafiə tərəfi isə bununla razılaşmayıb. Təqsirləndirilən iş adamının vəkili Ülvi Nəsibli isə qarşı tərəfin dediklərinin həqiqətə uyğun olmadığını deyib: "Kimin kimdən xoşu gəlmirsə, Ramiz Mehdiyevlə bağlayırlar. Müvəkkilimin onunla heç bir əlaqəsi olmayıb".

Şərurlu İsfəndiyar isə "Əgər Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət mənim cəzamı verəcək" deyə vəsatətə münasibət bildirib.

Hakim ekspert rəyinin sübutlar siyahısından çıxarılıb-çıxarılmayacağına yekunda özü qiymət verəcəyini deyib. Bununla da məhkəmə istintaqı yekunlaşıb.

Növbəti iclasda hökm çıxacağı gözlənilir.

Qeyd edək ki, şikayətçi Emil Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, İ.Axundov verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov "dələduz" sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.

Son xəbərlər

İdman
Bu gün, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Bu gün, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Dünən, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
11 oktyabr 2026, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
10 oktyabr 2026, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Oxşar xəbərlər