Respublika Psixiatriya xəstəxanasında ölüm baş verib.
Lent.az xəbər verir ki, hadisə fevralın 15-i saat 20 radələrində qeydə alınıb.
Respublika Psixiatriya xəstəxanasında müalicə alan Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Fərhad Elxan oğlu Əliyev qəfil ölüb.
Onun ürək tutmasından öldüyü ehtimal edilir.
Araşdırmalar aparılır.