top
Saatlarla park yeri axtarırıq – Park Yasamal sakinləri narazıdır
Video
18 iyun 2026, 18:00
- ↺ +

"Saatlarla park yeri axtarırıq" – "Park Yasamal" sakinləri narazıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Park Yasamal" yaşayış kompleksinin sakinləri ümumi yolda aparılan təmir işlərindən narazıdır.  

Bakuplus.az-a müraciət edən vətəndaşların sözlərinə görə, yenidənqurma işlərinin təşkili ilə bağlı "Kristal Abşeron" şirkətinə rəsmi və şifahi müraciətlər ünvanlansa da, indiyədək hər hansı cavab almaq mümkün olmayıb.

Şikayətçilər bildirirlər ki, sözügedən yaşayış kompleksi 2024-cü ildə gecikmə ilə təhvil verilib. Hazırda isə avtomobillərin park edilməsi üçün nəzərdə tutulan ərazilərin böyük hissəsi müxtəlif səbəblərlə istifadədən çıxarılıb.

Onların sözlərinə görə, artıq uzun müddətdir ki, gölün kənarından keçən yolda təmir işləri aparılır. Mühafizə zolağından daha geniş ərazi isə çəpərlənərək bağlanıb.

Bundan daha öncə isə şirkətin satış ofisinin qarşısındakı sahənin də bağlandığı iddia edilir. Sakinlər əlavə edirlər ki, kompleksin müxtəlif hissələrində parkinq yerləri tikinti materialları ilə tutulub.

Yaranmış vəziyyət səbəbindən sürücülər saatlarla boş dayanacaq yeri axtarmağa məcbur qalır, avtomobillərini uzaq məsafədə saxlayaraq evlərinə piyada getməli olurlar. 

"Parkinq tapmaq çox çətindir. Supermarket bir binanın qarşısını, tikinti şirkəti isə digər binanın önünü zəbt edib. Yazılı və şifahi müraciətlərimiz cavabsız qalır. Yolun təmirini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparır, yoxsa "Kristal Abşeron" – bu da aydın deyil. Ən azı çəpərlənmənin düzgün təşkilinə nəzarət etmək olardı. Həmçinin təmir müddətində sakinlərə yeraltı parkinqdən müvəqqəti ödənişsiz istifadə imkanı yaradıla bilərdi", - deyə şikayətdə bildirilib. 

Məsələ ilə bağlı "Park Yasamal" yaşayış kompleksinin əməkdaşları ilə əlaqə saxladıq. Bildirildi ki, sözügedən parkinq sahələri yalnız oradakı ofislərə məxsusdur:

"Orada kirayə verilən ofislər var. Ola bilsin ki, həmin ərazilər onlara məxsus parkinq yerləridir. Ancaq sakinlər üçün binanın daxilində ödənişli yeraltı parkinq yeri var. İstəyənlər aylıq ödənişlə qarajda yer götürə bilərlər". 

Həmçinin qeyd edilib ki, əraziyə qoyulan işarələr təmirlə bağlıdır:

"Orada ofislər var ki, daxilində təmir işləri aparılır. Bununla əlaqədar ora ustalar gəlir-gedir. Həmin ərazilərdə də onlar avtomobillərini saxlayır, bundan əlavə, yük maşınları gəlir. Binaların qarşısındakı sözügedən parkinq yerləri gələcəkdə çox böyük ehtimalla olmayacaq. Bəziləri qalacaq ki, onlar da binanın qarşısında yerləşən ofislər, marketlər və ya digər əmlak şirkətlərinə məxsus olacaq".

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:08

Bacısına mesaj yazan qaynını bıçaqladı

Siyasət
Bu gün, 16:38

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Xəbər
Bu gün, 16:17

Bakıda müdir maaşını istəyən işçisini döydü

Siyasət
Bu gün, 15:52

Prezident: "Sülh hələ də kövrəkdir, onu möhkəmləndirmək lazımdır"

Xəbər
Bu gün, 15:33

Nərimanov rayonunda bərbad yol: sakinlər şikayətçidir

Xəbər
Bu gün, 14:41

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur - Foto

Xəbər
Bu gün, 14:34

Tələbələr arasında dava: "Kişi deyilsən?" deyib komaya saldı

Xəbər
Bu gün, 13:20

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Aktual Xəbərlər
Bu gün, 13:07

İlham Əliyev: "Müharibə bizim seçimimiz olmayıb"

Aktual Xəbərlər
Bu gün, 12:14

"Rəqəmsal rabitə" informasiya sistemi yaradılıb - FƏRMAN

Xəbər
Bu gün, 11:54

Bakıda yük maşını yolda xarab oldu - Əsas prospektlərdən birini bağladı

Aktual Xəbərlər
Bu gün, 10:45

İstanbuldakı fırtına Bakıda da gözlənilir? - AÇIQLAMA

Aktual Xəbərlər
Bu gün, 09:38

Bakıda gənc oğlan bıçaqlandı

Xəbər
Bu gün, 09:25

Bakıda tozlu hava iki gün davam edəcək

Xəbər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Xəbər
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Xəbər
Dünən, 17:24

Bakıda yeniyetmə futbol oynadığı zaman cinayət törətdi

Xəbər
Dünən, 17:00

Lavrov Bakıya gələcək

Siyasət
Dünən, 16:56

Şavkat Mirziyoyev Bakıya gəlir

Siyasət
Dünən, 16:40

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Xəbər
Dünən, 15:58

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI AÇIQLANDI

Xəbər
Dünən, 15:11

Bakıda ər arvadını kreditə görə döydü

Xəbər
Dünən, 13:48

Bakıda qonşular içki içib 30 manata görə dalaşdılar

Xəbər
Dünən, 13:05

Sabah Bakıda hava necə olacaq?

Oxşar xəbərlər