Avqustun 9-a olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.