Hövsan kəndini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində sabah günorta saatlarınadək suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bakuplus.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
"Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik," - qurumun məlumatında qeyd olunub.