Sabunçuda yanğın hadisəsi baş verib.
Bakuplus.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli, dördotaqlı evin 2 otağının tavanı və ondulindən ibarət dam örtüyü 100 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.