Paytaxtda fəaliyyət göstərən 26 nömrəli marşrut avtobuslarının köhnə olması və tez-tez sıradan çıxması sərnişinlərin narazılığına səbəb olub.
Bakuplus.az-a müraciət edən vətəndaşların sözlərinə görə, avtobuslar bəzən yolda xarab olur, bu da sərnişinlər üçün ciddi problemlər yaradır.
Şikayətçi bildirir ki, marşrut xəttinə iki yeni avtobus gətirilsə də, bu, çatışmazlıqları aradan qaldırmır. Vətəndaş qeyd edir ki, 67 nömrəli marşrutda müasir avtobuslar fəaliyyət göstərsə də, 26 nömrəli avtobuslar illərdir yenilənmir.
Sakinlər aidiyyəti qurumlardan 26 nömrəli marşrut xəttində avtobusların yenilənməsini tələb edirlər.