Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü şəxs həbs olunub.
O, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN tələb edib.
Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına 1 manat ödəniş edib.
Təqsirləndirilən şəxsin saxta profildən istifadə etdiyini başa düşən qadın, onun əsl adını öyrəndikdən sonra polisə şikayət edib.
Onun işinə Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılıb. Qadını şantaj edərək 1 manat əldə edən təqsirləndirilən şəxs, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: xitab24.аz