top
Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi
06 fevral 2026, 14:51
- ↺ +

Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi

Dövlət Gömrük Komitəsinin müxtəlif yüksək vəzifələrdə çalışmış təqaüddə olan polkovniki Həbib Bağırlı həbs edilib.

Qaynarinfo.az xəbər verir ki, 1980-ci il təvəllüdlü Həbib Bağırlı barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, Həbib Bağırlının Bakıda fəaliyyət göstərən ASC-lərin birinə 423.489.69 manat borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi onun borcu ödəməsi barədə qətnamə çıxarıb. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, H.Bağırlı borcundan cəmi 99 min manata yaxın ödəniş edib və 325.033 manat ödənilməmiş borc qalıb.

Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bağırlı Həbib Zahid oğlu barəsində protokol tərtib edilərək məhkəməyə müraciət olunub. O, məhkəmədə bildirib ki, gömrük orqanlarında müxtəlif vəzifələrdə işləyib və pensiyaya çıxıb. Qeyd edib ki, hazırda aliment ödəyir, təqaüdünün 60 faizi alimentə yönəlir. Bu səbəbdən onun təqaüdünə yönəlmə dayandırılıb. İcra sənədi üzrə zamin olub, bağ evini girov qoyub, ev satılıb və borcun ödənilməsinə yönəldilib. Həbib Bağırlı barəsində inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə isə təqaüddə olan polkovnikin xahişini nəzərə almayıb, onu İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 15 gün müddətinə həbs qərarı verib.

Qeyd edək ki, Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə S.Mehdiyev vəzifəsindən azad olunduqdan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib. Həmin ildən 2024-cü ilə kimi "Səba" ASC-də Təftiş və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Ehtimal edilir ki, H. Bağırlı ASC-də çalışdığı müddətdə sözügedən şirkətə 423.489,69 manat ziyan vurub.

Həbib Bağırlı DGK-də çalışdığı müddətdə "Dövlət qulluğunda fərqlənməyə görə" və digər mükafatlara layiq görülüb.

Son xəbərlər

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
03 oktyabr 2026, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
03 oktyabr 2026, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
03 oktyabr 2026, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Oxşar xəbərlər