Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakuplus.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların barəsində 2 il azadlıqdan məhrum etmə cəzası 6 aya endirilib.