top
Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir
23 iyul 2026, 10:52
- ↺ +

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Bakı Sağlamlıq Mərkəzi (BSM) Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sisteminə (TRƏS) uğurla inteqrasiya olunub.

Bakuplus.az xəbər verir ki, nəticədə Mərkəzdə son illər ərzində toplanmış 3,5 milyondan artıq tibbi məlumat vahid elektron platformaya köçürülərək vətəndaşların fərdi elektron sağlamlıq tarixçələrinə daxil edilib.

Mərkəzdən bildirilib ki, bu inteqrasiya Azərbaycanda rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması istiqamətində mühüm mərhələdir. Bakı Sağlamlıq Mərkəzində formalaşan tibbi məlumatlar vahid TRƏS sistemində toplanacaq ki, bu da həkimlər, həm də pasiyentlər üçün tibbi məlumatlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək: "Tibbi Rəqəmsal Əkiz Sistemi (TRƏS) vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması, emalı və idarə olunmasını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır. TRƏS laborator müayinələr və həkimə təkrar müraciətləri azaltmağa imkan verir. Bundan əlavə, sistem dövlət və özəl tibb müəssisələrində formalaşan aktual tibbi məlumatların həkimlər üçün əlçatan olmasını təmin edir, müalicənin təyin olunması zamanı daha dəqiq klinik qərarların qəbulunu dəstəkləyir, tibbi yardımın fasiləsizliyinə töhfə verir və səmərəliliyini artırır.

Bakı Sağlamlıq Mərkəzində tibbi xidmətlərin idarə olunması Xəstəxana İnformasiya Sistemi (NTİS) vasitəsilə həyata keçirilir. Bu sistemdəki göstəricilər tibbi məlumat mübadiləsi üzrə beynəlxalq HL7 FHIR standartına uyğunlaşdırılıb. İnteqrasiya nəticəsində mərkəzin arxiv məlumatları vahid sistemə köçürülüb, bundan sonra isə bütün yeni tibbi məlumatlar real vaxt rejimində avtomatik olaraq TRƏS-ə ötürüləcək.

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov qeyd edib ki, TRƏS platformasına inteqrasiya müəssisənin rəqəmsal transformasiyasında mühüm mərhələdir: "Bu sistem pasiyentlərin tibbi məlumatlarının vahid elektron xəstəlik tarixçəsində saxlanılmasını, eləcə də onların həyatı boyu toplanan tibbi məlumatlara operativ və təhlükəsiz çıxışın təmin edilməsini mümkün edəcək. Nəticədə tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə artacaq".

Tibbi Rəqəmsal Əkiz Sisteminə giriş dövlət rəqəmsal identifikasiya platforması olan "myGov ID" vasitəsilə həyata keçirilir. Bu yanaşma istifadəçilərin etibarlı identifikasiyasını və autentifikasiyasını təmin edir, sistemə təhlükəsiz çıxışı və şəxsi tibbi məlumatların yüksək səviyyədə qorunmasını təmin edir.

Hazırda Səhiyyə Nazirliyi digər dövlət və özəl tibb müəssisələrinin də TRƏS-ə mərhələli şəkildə qoşulmasını davam etdirir.

Bu inteqrasiya Azərbaycanın rəqəmsal səhiyyəsinin inkişafına mühüm töhfə verəcək, həkimlər və vətəndaşlar üçün toplanmış tibbi məlumatlara geniş çıxış imkanları yaradacaq, daha müasir, şəffaf və əlçatan tibbi xidmətlərin göstərilməsinə şərait yaradacaq".

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər