top
Səhiyyədə kağızsız dövr: E-Bülleten və e-Epikriz məlumatları necə mərkəzləşdirir?
10 fevral 2026, 11:10
- +

Səhiyyədə kağızsız dövr: E-Bülleten və e-Epikriz məlumatları necə mərkəzləşdirir?

"2025-ci ili Azərbaycan səhiyyəsinin rəqəmsal transformasiyasında dönüş nöqtəsi kimi qiymətləndirmək tam əsaslıdır. Məhz bu ildən etibarən səhiyyə sahəsində əsas sənədlərin kağız daşıyıcılardan istifadədən çıxarılması, elektron reyestrlərin mərkəzləşdirilməsi və xidmətlərin real vaxt rejimində inteqrasiyası təmin edilib.

Bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə rəqəmsallaşma prosesi pilot mərhələdən çıxaraq sistemli və ölkəmiqyaslı tətbiq mərhələsinə keçib: "Geridə qalan dövr ərzində səhiyyənin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər vətəndaşların sağlamlıq məlumatlarını vahid, təhlükəsiz və əlçatan informasiya məkanında birləşdirən, qurumlararası maneələri aradan qaldıran və innovasiyalara açıq olan vətəndaş yönümlü sistemin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 2025-ci ildə icra edilən layihələr Azərbaycanın səhiyyə sisteminin fundamental şəkildə yenidən qurulmasını hədəfləyən vahid strateji yanaşmanın tərkib hissəsidir".

Mütəxəssis bildirib ki, bu il ərzində e-Bülleten (elektron xəstəlik vərəqəsi) və e-Epikriz sistemlərinin tam tətbiqi nəticəsində vətəndaşların tibbi məlumatlarının vahid və mərkəzləşdirilmiş reyestrdə toplanması təmin edilib: "Bu yanaşma pərakəndə məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunmasına imkan yaratmaqla səhiyyə sisteminin institusional əsaslarını möhkəmləndirib.

Bütün Səhiyyə İnformasiya Sistemlərinin myGov portalı və Digital Login platforması ilə inteqrasiyası nəticəsində sistemlərə girişlərin vahid Rəqəmsal Landşaft çərçivəsində mərkəzləşdirilməsi təmin edilib. Bununla da vətəndaşların reseptlərə, peyvənd məlumatlarına və elektron xəstəlik vərəqələrinə sürətli, təhlükəsiz və rahat çıxışı mümkün olub. Sözügedən yanaşma dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan şəkildə təqdim edilməsinə, eləcə də inzibati prosedurların sadələşdirilməsinə və inzibati yükün əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edib.

Səhiyyə Nazirliyində ilk dəfə yaradılmış və 24/7 rejimində fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) genişlənən rəqəmsal infrastrukturu kiber təhdidlərdən etibarlı şəkildə qoruyur: "Qeyd olunan nailiyyətlər qarşılıqlı şəkildə bir-birini tamamlayaraq Vahid Səhiyyə Ekosisteminin formalaşdırılmasına xidmət edir və Azərbaycan sistemini daha proaktiv, səmərəli və vətəndaş mərkəzli bir idarəetmə modelinə yaxınlaşdırır".

 

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"Zibili təmizləyin, oynamaq istəyirik" - Bu dəfə uşaqlar ETİRAZ ETDİ

Xəbər
Dünən, 17:13

İslamşünas olmaq istəyənlər Psixoloji Komissiyadan keçməlidi

Xəbər
Dünən, 16:30

Bakıda qeyri-adi soyğunçuluq

Xəbər
Dünən, 16:00

"Arzum"un işinə sabah baxılacaq

Xəbər
Dünən, 15:24

İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü

Xəbər
Dünən, 13:30

"İşçi xəbər verməmişdi" - Bu bəhanə işəgötürəni məsuliyyətdən azad etmir

Xəbər
Dünən, 13:10

Tanınmış plastik cərrah öldü

Xəbər
Dünən, 11:54

Bakıda ölü doğulan uşaq zirzəmiyə atılıb – İDDİA + VİDEO

Xəbər
Dünən, 11:47

AZAL bu il donanmasına 4-cü təyyarəni əlavə edib

Xəbər
Dünən, 11:30

Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

Xəbər
Dünən, 10:51

Qadının nömrəsini alan sürücünün başına görün nə oyun gəldi

Xəbər
Dünən, 10:00

Məmmədbağır Bağırzadənin doğum günüdür

Xəbər
Dünən, 09:52

Azərbaycanda övladlığa götürülənlərin sayı bilindi: Ən çox hansı yaş qrupuna üstünlük verilir?

Xəbər
Dünən, 09:36

Kişi olun!

Xəbər
20 iyul 2026, 18:00

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

Xəbər
20 iyul 2026, 17:20

Bakıda dənizdə BƏDBƏXT HADİSƏ – 24 yaşlı oğlan boğuldu

Xəbər
20 iyul 2026, 17:00

90 milyonluq dələduzluq edən Serbiyada tutularaq Azərbaycana gətirildi - FOTO

Xəbər
20 iyul 2026, 16:29

Sabah Bakıda 34 dərəcə olacaq

Xəbər
20 iyul 2026, 15:54

Qanunsuz estetik əməliyyatlar edən həkimin işinə niyə xitam verildi? - AÇIQLAMA

Xəbər
20 iyul 2026, 15:30

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

Xəbər
20 iyul 2026, 14:30

Bakıda Tennis Akademiyasında ÖLÜM

Xəbər
20 iyul 2026, 13:30

Biləcəridə hoteldə meyit tapıldı

Xəbər
20 iyul 2026, 12:30

Bakıda qadın sevgilisini öldürdü

Xəbər
20 iyul 2026, 11:58

Bakıdan Naxçıvana gedənlər sənədləri "mygov"la təsdiq edəcəklər

Oxşar xəbərlər