top
Space TV, MTV, Dünya TVnin yayımı müvəqqəti dayandırılacaq
09 yanvar 2026, 15:13
- ↺ +

"Space TV", "MTV", "Dünya TV"nin yayımı müvəqqəti dayandırılacaq

9 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari il üçün ilk iclası keçirilib. İclasda müxtəlif məsələlər müzakirə olunub.
 
Bakuplus.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

İlk olaraq "Azercell Telekom" MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı "Kinon" olmaqla "Azercell Telekom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Bundan sonra, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub. Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən "Neftçi TV" kanalı ilə bağlı Audiovizual Şura tərəfindən "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verilib, xəbərdarlıq olunub. Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

İclasda, daha sonra, keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyası tətbiq edilib. 

14 noyabr 2025-ci il tarixdə "Dünya TV" kanalında yayımlanan "Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək "Dünya TV" televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

27 noyabr 2025-ci il tarixdə "MTV" kanalında yayımlanan "Çıxış yolu" proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 15.00-dan saat 18.00-dək "MTV" televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

3 dekabr 2025-ci il tarixdə, "Space FM" radio kanalının efirində yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək "Space FM" radio kanalının yayımı 3 saatlıq dayandırılacaq.

İclasda, ən son, keçən ilin 25 dekabr tarixində "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. "Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV" televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib.

Son xəbərlər

Xəbər
Bu gün, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər