top
Su günlərdir ki, boş-boşuna axır - ŞİKAYƏT
30 sentyabr 2026, 15:30
- ↺ +

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

"Günlərdir küçəmizdəki borudan su boş-boşuna axıb zay olur. Bütün küçə suyun altında qalıb. Bu qədər axan suyun pulunu kim ödəyəcək?"

Bunu Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsində yaşayan Əfiqə Məmmədova deyib.

Onun sözlərinə görə, küçədə su borusu üç fərqli yerdən partlayıb və günlərdir su küçəyə axır: "Borulardan ikisini neçə gün sonra gəlib düzəltdilər. Bəzən də təzə asfaltlanan yerləri qazırlar. Eyni problem bu küçənin təxminən 50 metrliyində yerləşən daha iki küçədə var".

Ə.Məmmədova bildirib ki, bir müddət əvvəl ərazidə sayğaclarla bağlı yoxlamalar aparılıb: "Bizdə oğurluq su yoxdur. Sayğacımız da düzgün işləyir. Həyətdə köhnə, işləməyən bir boru olub. Bir ay sonra gəlib 240 manat cərimə yazıblar. Su qıtlığı olan bir vaxtda günlərdir küçələrə boş yerə su axır, israf olur. Bu, ərazidə baş verən ilk belə hal deyil. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Küçənin hər tərəfi bu vəziyyətdədir. İki-üç günə düzəldəcəklər, ya bir həftəyə, bunu bilmirik. Amma suyun günlərlə boşuna axması yolverilməzdir".

Şikayətlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, qəza zamanı axıntı varsa, həmin axıntı heç kimin sayğacından keçmir və heç kimə borc yazılmır: "Qəzalı borular təmir edilib, digər boruya da baxılacaq".

Mənbə: qafqazinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
05 oktyabr 2026, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Oxşar xəbərlər