Müğənni Tacir Şahmalıoğlu onu Azərbaycan Milli Konservatoriyasına qəbul etməyən şəxsin adını açıqlayıb.
Axsam.az xəbər verir ki, bu barədə o, "Həmin Zaur" verilişində danışıb. Müğənni "Oxumaq üçün Bakıya gələn Taciri Şahmalıoğlunu konservatoriyaya kim qəbul etmədi" sualına belə cavab verib:
"Konservatoriyada oxumağıma mane oldular. Həmin adam sağdır. Bu şəxs Xalq artisti Fərhad Bədəlbəylidir".
Qeyd edək ki, Fərhad Bədəlbəyli Bakı Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) rektorudur.