top
Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi
29 sentyabr 2026, 11:50
- ↺ +

Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda taksi fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü B.H. xırda xuliqanlıqda təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilib.

Hadisə ilə bağlı məhkəmə araşdırması zamanı maraqlı detallar üzə çıxıb.

İş materiallarına görə, hadisə 2026-cı ildə baş verib. Taksi sürücüsü ilə xarici vətəndaşlar olan müştərilər arasında gediş haqqı və kondisionerdən istifadə ilə bağlı narazılıq yaranıb.

Xarici vətəndaş Asad Arif tərəfindən Azərbaycanın Daxili İşlər Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Dövlət Turizm Agentliyinə ünvanlanan şikayətdə bildirilir ki, sürücü əvvəlcə yüksək gediş haqqı tələb edib. Daha sonra kondisionerin işə salınması üçün əlavə pul istəyib.

Şikayətçinin sözlərinə görə, onlar səfəri davam etdirmək istəmədiklərini bildirərək avtomobildən düşmək istəyiblər. Lakin sürücü avtomobilin qapılarını kilidləyərək onların düşməsinə imkan verməyib və söyüş söyüb. 

B.H. isə məhkəmədə ittihamı qəbul etməyib. O bildirib ki, həmin şəxslərdən 10 manat gediş haqqı istəyib, lakin onlar daha ucuz qiymətə getmək istəyiblər. Avtomobilin kondisionerinin işləmədiyini deyən sürücü sərnişinlərin narazı qaldığını və avtomobili saxlatdıraraq düşdüklərini bildirib.

B.H. onların avtomobildə cəmi 2-3 dəqiqə olduqlarını, heç bir mübahisə yaşanmadığını və sərnişinlərdən pul almadığını söyləyib.

Məhkəmə isə xarici vətəndaşın şikayətini, polis əməkdaşının izahatını və digər materialları birlikdə qiymətləndirərək B.H.-nin hərəkətlərinin İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan xırda xuliqanlıq əlamətlərinə uyğun olduğu qənaətinə gəlib.

Məhkəmə B.H.-yə cərimənin deyil, inzibati həbsin tətbiq edilməsini məqsədəuyğun sayıb və onu 15 gün müddətinə inzibati həbs edib.

Mənbə: qaynarinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 17:45

"Sərxoşluğu mənə xoş gəlmədi" — Bakıda kafedə Polşa vətəndaşını bıçaqladı

Aktual Xəbərlər
Bu gün, 16:27

136 saylı məktəbdəki insidentdə iki şagird xəsarət alıb

Aktual Xəbərlər
Bu gün, 13:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Aktual Xəbərlər
Bu gün, 12:48

Sabah hava necə olacaq?

Xəbər
Bu gün, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Bu gün, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Bu gün, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Oxşar xəbərlər