top
Tanınmış aktyorun doğum günüdür
12 fevral 2025, 22:49
- ↺ +

Tanınmış aktyorun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

13 fevral tanınmış aktyor Pərviz Məmmədrzayevin doğum günüdür.

Pərviz Müzəffər oğlu Məmmədrzayev 13 fevral 1971-ci ildə Bakıda anadan olub. 1977-1987-ci illərdə 252 nömrəli orta məktəbdə oxuyub. 1989-1994-cü illərdə Mədəniyyət və İncəsənət Universitetinin (keçmiş M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun) “Teatr kollektivinin rejissoru” şöbəsində rejissorluq ixtisası üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1993-cü ildə o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yardımçı heyətin aktyoru kimi fəaliyyətə başlayıb və qısa zaman ərzində teatrın peşəkar rejissorları Xalq artisti Vaqif Əsədov, Əməkdar artist Rafiq Əliyev və digərlərinin etimadını qazanıb, ona həvalə edilən əsas rolların öhdəsindən məharətlə gəlib.

1994-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən “Dəli yığıncağı” teatr-studiyasında çalışmağa başlayıb. (Teatr-studiya 2000-ci ildə Dövlət statusu alıb).

P.Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs alıb. Teatrın kollektivi ilə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda – Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada “Dədə Qorqud” dastanının 1300 illik yubileyi şənlikləri, Türkiyədə IV və VI Ankara Teatr Festivalları, İranda I Beynəlxalq Pantomima və "Dostluq" Teatr Festivalları, Misirdə Eksperimental Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Teatr+Video" festivalı və "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, Almaniyada "VIII – Unidram" Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib.

P.Məmmədrzayev "Simsar" (2010-cu il) teatr-studiyasını yaradıcısı, "Human” (2017-ci ildə) teatrının həmtəsisçisi və bədii rəhbəridir. 2013-2016-cı illərdə Akademik Milli Dram Teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışıb.

2017-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında aktyor kimi fəaliyyət göstərir.

2001-2022-ci illərdə həm də ADMİU-da “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasında səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, balet rejissurası, plastika və pantomima fənləri üzrə, "Musiqili teatr aktyoru" kafedrasında isə aktyor sənətindən dərs deyib.

16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1avqust 2018-ci ildə isə Respublikanın Xalq artisti fəxri adlarına layiq görülüb. Bir sıra filmlərə çəkilib. Azərbaycan Dövlət Pantomim Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə sıx əməkdaşlıq edir.

Azərbaycan Dövlət Musiqili Teatrında "Nuri-didə Ceyhun" (Ə.Əmirli, rej.M.Ələkbərzadə) tamaşasında Ceyhun Hacıbəyli, "Paris Notr - Dama ithaf"da (V.Hüqo, səhnələşdirən S.Qulamov) Klod Frollo, "Psix"də (səhnələşdirən. Ər-Toğrul) Don Kixot və “O olmasın, bu olsun”da (Ü.Hacıbəyli) tamaşasında Rüstəm bəy obrazını canlandırıb.

Teatrın nəzdində yaradılan İnklüziv teatr-studiyasında "Çamadan əhvalı" tamaşasının rejissoru olub, həmçinin orada iştirak edən fiziki məhdudiyyətli həvəskar aktyorların səhnəyə hazırlanmasında böyük rol oynayıb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər