Kimya üzrə fəlsəfə doktoru Qəzənfər Müzəffər oğlu Bayramov dünyasını dəyişib.
Yenisabah.аz xəbər verir ki, o, mayın 7-də axşam saatlarında vəfat edib.
Q.Bayramov kimya sahəsində tanınmış alimlərdən biri sayılırdı. O, bu sahə üzrə müxtəlif elmi araşdırmaların və analitik məqalələrin müəllifi idi. pizza
Bakı Dövlət Universitetinin aparıcı elmi işçisi olan Qəzənfər Bayramov bu gün Türkanda yerləşən Sədərək qəbiristanlığında dəfn olunacaq.