top
Tanışını öldürməkdə ittiham edilən mağaza sahibi məcburi müalicəyə göndərildi
01 iyun 2026, 16:10
- ↺ +

Tanışını öldürməkdə ittiham edilən mağaza sahibi məcburi müalicəyə göndərildi

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Emil Ağacanovun cəzadan azad edilərək, barəsində ixtisaslaşdırılmış məcburi müalicənin təyin edilməsini məhkəməyə təklif edib.

Zərərçəkənin vəkili dövlət ittihamçısının təklifi ilə razılaşmayıb. O, istintaqın gedişindən narazı olduğunu bildirib.

Məhkəmədə müşavirədən sonra qərar elan olunub. Emil Ağacanovun qətli anlaqsız vəziyyətdə törətdiyi və psixi problemləri olduğu qənaətinə gəlinib və onun barəsində məcburi tibbi xarakterli tədbirlər görülməsi üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməsinə qərar verilib. Qərara əsasən, o, həmçinin narkotik asılılığından əziyyət çəkdiyi üçün də müalicə alacaq.

Qeyd edək ki, hadisə ötən il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib.

Paytaxt sakini İradə Muradovanın meyiti E.Ağacanova məxsus mənzilin hamamında aşkar olunub. Araşdırmaya əsasən, onun E.Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.

Emil Ağacanovun "Chermington Transportation Services" MMC, "AZRENT" MMC, "Caspi Style" MMC və İtaliya brendi "YAMAMAY" mağazasının sahibi olduğu, İradə Muradovanın isə "YAMAMAY"ın icraçı direktoru vəzifəsində çalışdığı bildirilir.

Emil Ağacanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilib. Lakin istintaqın gedişində onun cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən olunub. E. Ağacanov psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunması üçün polis nəzarətinə verilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər