top
Tbilisiyə biletlər ilə bağlı detallar açıqlandı - Nələr daxildir?
21 may 2026, 11:48
- ↺ +

Tbilisiyə biletlər ilə bağlı detallar açıqlandı - Nələr daxildir?

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək". 

Bakuplus.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib. O bildirib ki, marşrut üzrə qatarlarda sərnişinlərə "Komfort", "Komfort+" və "Lüks" olmaqla üç sinif üzrə xidmət göstəriləcək: "Qatar 1 ədəd "Lüks" sinif, 1 ədəd qarışıq "Lüks" və "Komfort+" sinif, 3 ədəd "Komfort" sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. "Komfort" sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub. 
Bundan başqa, 1 ədəd qarışıq "Lüks" və "Komfort+" sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər" .

B. Hacıyev bildirib ki, İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz edilib: 
"Lüks" sinif üzrə kupelər iki nəfərlikdir və hər biri masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. Eyni zamanda, "Komfort+" sinif üzrə kupelər iki nəfərlikdir və hər bir kupe televizor, masa və əlüzyuyanla təmin edilib. "Komfort" sinif üzrə kupelər dörd nəfərlikdir və hər birində televizor var.

"Komfort" və "Komfort+" vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi, "Lüks" vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq mövcuddur.

Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası ilə təmin olunub. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur.

Sərnişinlərə təmiz yataq dəsti, səfər paketi ("Komfort" sinif üzrə nəm və quru salfet, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik; "Komfort+" sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti (məcun və fırça), əl dəsmalı,  yataq dəsti, su, tərlik, dabankeş; "Lüks" sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, gigiyenik dəst, dabankeş, su, tərlik, şampun, duş geli, əl və bədən dəsmalı, yataq dəsti təqdim olunacaq".

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Bu gün, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Bu gün, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Bu gün, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Bu gün, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Bu gün, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Bu gün, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Bu gün, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Bu gün, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Bu gün, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Bu gün, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Bu gün, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
Dünən, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
Dünən, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
Dünən, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
Dünən, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
Dünən, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
Dünən, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
Dünən, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
Dünən, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
Dünən, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
Dünən, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
Dünən, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Oxşar xəbərlər