top
TƏBİB Formula 1 çərçivəsində tibbi xidmət təşkil edəcək
05 sentyabr 2025, 10:24
- +

TƏBİB "Formula 1" çərçivəsində tibbi xidmət təşkil edəcək

TƏBİB tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan 2025-ci il "Formula1" Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi həyata keçiriləcək.

Bu barədə Bakuplus.az-a birlikdən məlumat verilib.

Qeyd edilib ki, 18-21 sentyabrda "Formula 1" yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.

Eyni zamanda tibbi xidmətin təşkili istiqamətində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.

Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunacaq.

Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.

Qeyd edək ki, TƏBİB 6 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Formula-1" Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Abşeron xəstəxanasında uzun növbə - VİDEO

Xəbər
Bu gün, 17:27

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Xəbər
Bu gün, 16:43

Xırdalan–Sumqayıt xətti üzrə qatarların fəaliyyəti bərpa olunur

Xəbər
Bu gün, 16:10

Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürtdü - VİDEO

Xəbər
Bu gün, 16:00

DSX-də generalların yeri dəyişdi

Xəbər
Bu gün, 15:09

Bakıda məktəbli formaları fərqli qiymətə satılır

Xəbər
Bu gün, 14:10

Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT

Xəbər
Bu gün, 13:51

Paytaxtda avtoxuliqanlıq edən moped sürücüsü həbs olundu

Xəbər
Bu gün, 13:37

Alim Qasımov 69 yaşında: "Yaşlaşdıqca adama can sağlığı lazım olur"

Xəbər
Bu gün, 13:09

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Bu gün, 12:20

Tiktoker "Qara qartal" SAXLANILDI

Xəbər
Bu gün, 12:05

"Budaqlar adamın gözünə girir" - Yasamal sakinləri + VİDEO

Xəbər
Bu gün, 11:21

Magistraturaya qeydiyyat başa çatdı

Xəbər
Bu gün, 11:02

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanıldı

Xəbər
Bu gün, 10:17

Aeroport yolunda "Opel"lə marşrut avtobusu toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:46

Masazırın qaz təchizatında ciddi problemlər

Xəbər
Dünən, 18:00

DİM sədri ixtisas qrupları üzrə müsabiqə vəziyyətinə aydınlıq gətirib

Xəbər
Dünən, 17:30

"Maşınların altı çox pis dəyir" - Əhmədli sakinlərindən ŞİKAYƏT

Xəbər
Dünən, 17:02

Bakıda oğlan yeniyetmə qızı parkda döyüb burnunu qırdı

Xəbər
Dünən, 15:54

Bakıda gözəllik salonunda tanışını öldürmək istədi, ağır cəza aldı

Xəbər
Dünən, 15:05

6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır - FOTO

Xəbər
Dünən, 14:36

Canlı yayımda söyüş söyən daha bir tiktoker SAXLANILDI

Xəbər
Dünən, 12:41

Masazırda tatu üstündə DAVA: 18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü

Xəbər
Dünən, 12:00

"Təkcə taleyim yox, kimliyim də dəyişdi" – Məşhur aktrisa

Oxşar xəbərlər