top
Telefon zəngləri ailədə mübahisəyə səbəb oldu: Qısqanc ər arvadını döydü
30 iyul 2026, 10:16
- ↺ +

Telefon zəngləri ailədə mübahisəyə səbəb oldu: Qısqanc ər arvadını döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Baba Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İttihama görə, hadisə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksində baş verib.

1989-cu il təvəllüdlü Baba Nəbiyev ailəsi ilə birlikdə yaşadığı mənzildə həyat yoldaşı, zərərçəkmiş Fəridə Nəbiyevanın istifadə etdiyi mobil telefona gələn zənglərə cavab verməməsindən şübhələnərək bunun səbəbini soruşub. Bu zaman tərəflər arasında qısqanclıq və ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs əsəbiləşərək arvadının üzərinə hücum edib, ona əl və yumruq zərbələri endirib. Zərbələr nəticəsində qadının sifət, baş, sinə, qol və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilib.

Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək cinayət işinə xitam verilməsini xahiş edib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqlarını bildirib. O qeyd edib ki, artıq ərinə qarşı heç bir maddi və mənəvi tələbi yoxdur, aralarındakı mübahisə tam həll edilib və vurulmuş ziyan tam ödənilib.

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, ad və soyadlar şərti verilib.

Mənbə: pravda.az

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər