top
Tez çəki atmaq üçün ac qalmaq düzgündürmü?
14 oktyabr 2025, 16:10
- ↺ +

Tez çəki atmaq üçün ac qalmaq düzgündürmü?

"Tez çəki atmaq üçün ac qalmaq düzgün deyil. Kəskin kalori məhdudiyyəti (çox aşağı kalorili pəhrizlər) qısamüddətli çəkidə azalmaya səbəb olsa da, uzunmüddətli nəticələri zəifdir və sağlamlıq risklərini artır".

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində açıqlayıb.

Onun sözlərinə görə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi sağlam çəki itkisinin həftədə təxminən 0,5–1 kq olduğunu, bu templə verilən çəkinin daha çox qorunduğunu tövsiyə edir:

"Çox aşağı kalorili pəhrizlər zamanı yağla bərabər əzələ kütləsidə azalır. Bu, "yo-yo" (verilən çəkinin geri qayıtması) riskini artırır və növbəti cəhdləri daha çətin edir. Bu zaman öd daşı yaranma riski artır, arıqlama öd tərkibində xolesterinin artmasına və öd kisəsinin boşalmasının zəifləməsinə görə öd daşı əmələ gəlmə riskini yüksəldir. Bu, çox aşağı kalorili pəhrizlər və bariatrik əməliyyatlardan sonra xüsusilə müşahidə olunur. NIDDK (ABŞ Milli Diabet və Həzm Xəstəlikləri İnstitutu) sürətli çəki itkisinin öd daşı riskini artırdığını sübut edən araşdırmaları var".

Nazirliyin mütəxəssis-ekspert bildirib ki, qidalanma çatışmazlıqları və digər fəsadlara isə çox sərt məhdudiyyətlər vitamin-mineral çatışmazlığına, halsızlıq və sağlamlıq problemlərinə gətirə bilər:

"Klinik nəzarət olmadan çox aşağı kalorili pəhrizlərdən istifadə tövsiyə olunmur. Yavaş və davamlı templə arıqlamaq məsləhət görülür. Həftədə 0,5–1 kq. Bu nəticə hər zaman daha dayanıqlıdır və sağlamlığa mənfi təsir etmir. Planlı qidalanma, real hədəflər, porsiya nəzarəti, gündəlik hərəkət, stresin idarəsi və yuxu — hamısı ilə birlikdə daha uğurlu nəticə əldə etmək olar. Bu zaman təbii ki, keyfiyyətli qida seçimi mütləq şərtdir, tam taxıllar, paxlalılar, tərəvəz-meyvə, qoz-fındıq, protein mənşəli qidalara üstünlük verilməlidir". 

E.Məmmədov sonda qeyd edib ki, beləliklə ac qalmaqla sürətli arıqlama nə təhlükəsiz, nə də dayanıqlıdır:

"Tibbi sübutlar tədricən və planlı çəki azaldılmasının üstün olduğunu göstərir".

Son xəbərlər

Xəbər
Bu gün, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Bu gün, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Bu gün, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Bu gün, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Bu gün, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Oxşar xəbərlər