top
Torpaq çərşənbəniz mübarək olsun!
17 mart 2026, 00:01
- +

Torpaq çərşənbəniz mübarək olsun!

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir.

İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.

İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapıpusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.

Bu gün qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.

İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.

Bakuplus.az xalqımızı İlaxır çərşənbə münasibətilə təbrik edir, bayramınız mübarək olsun!

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

"103"ə 34 mindən çox əsassız çağırış olub - TƏBİB

Xəbər
Bu gün, 17:53

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana gətirildi

Xəbər
Bu gün, 17:40

Xalq artistindən kişi kimi rəqs edən qadınlara İRAD

Xəbər
Bu gün, 17:09

Flora Kərimovanın səhhəti necədir? - ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:34

Bakı metrosunda iş rejimi dəyişdirilir

Xəbər
Bu gün, 15:55

"Moyka"dan maşın qaçırdı, tutuldu

Xəbər
Bu gün, 15:15

"Miss Azerbaijan 2019" modeli Türkiyə məhkəməsində qalib gəldi

Xəbər
Bu gün, 14:18

Mehdiabadda DƏHŞƏT: Başında xəsarətlər olan meyit tapıldı - YENİLƏNİB

Xəbər
Bu gün, 14:08

Dünya ulduzları Bakıya gəlir: Sabahdan "Dream Fest" başlayır

Xəbər
Bu gün, 13:11

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
Bu gün, 13:01

Arzum ev dustaqlığına buraxıldı

Xəbər
Bu gün, 12:10

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırldı

Xəbər
Bu gün, 11:12

Direktor "dur zaldan rədd ol", "adama oxşamaz" dedi, məhkəməlik oldu

Aktual Xəbərlər
Bu gün, 09:58

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 09:32

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Xəbər
Bu gün, 09:29

Tofiq Mirzəyev vəfat etdi

Xəbər
Dünən, 18:09

"Zibili təmizləyin, oynamaq istəyirik" - Bu dəfə uşaqlar ETİRAZ ETDİ

Xəbər
Dünən, 17:13

İslamşünas olmaq istəyənlər Psixoloji Komissiyadan keçməlidi

Xəbər
Dünən, 16:30

Bakıda qeyri-adi soyğunçuluq

Xəbər
Dünən, 16:00

"Arzum"un işinə sabah baxılacaq

Xəbər
Dünən, 15:24

İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü

Xəbər
Dünən, 13:30

"İşçi xəbər verməmişdi" - Bu bəhanə işəgötürəni məsuliyyətdən azad etmir

Xəbər
Dünən, 13:10

Tanınmış plastik cərrah öldü

Xəbər
Dünən, 11:54

Bakıda ölü doğulan uşaq zirzəmiyə atılıb – İDDİA + VİDEO

Oxşar xəbərlər