Ötən gün Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb.
Tapılan meyit 1977-ci il təvəllüdlü Rövşən Zeynalova aiddir.
Onun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.
Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə ayaqqabı biznesi ilə məşğul olub.
Digər əldə olunan məlumata görə, azərbaycanlı iş adamı "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.
Xatırladaq ki, Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
mənbə: unikal.az