top
Uşaq şiddət görürdüsə, niyə gətirirdi? - Bağça nümayəndəsi + YENİLƏNİB
04 sentyabr 2026, 09:46
- ↺ +

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Məsələni aydınlaşdırmaq üçün "Kayu" İnkişaf Mərkəzi ilə əlaqə saxladıq.

Mərkəzdən Bakuplus.az-a bildirildi ki, yazılan iddiaların heç bir əsası yoxdur:

"Bunların heç bir əsası yoxdur. Valideynə demək istəyərdim ki, əgər uşağınız bağçada şiddət görürsə, hansı ağılla yenidən aparıb ora qoyursunuz? Mən ana olaraq uşağımın hansısa yerdə şiddət gördüyünə əmin olsam, övladımı ora qoymaram. Məni neçə ildir tanıyan valideynlər var və onlar məni yaxşı tanıyırlar".

Bağçanın məsul şəxsi həmin valideynə dəfələrlə övladını mərkəzdən çıxartmağı təklif etdiklərini bildirib:

"Biz təklif etdik ki, bizə güvənmirsinizsə, övladınızı çıxarın. Çünki indi hər yerdə belə mərkəzlər var. Nə çıxardırlar, nə də bizə güvənirlər".

***

"Kayu" Tədris və İnkişaf Mərkəzinin "Əhmədli" filialında azyaşlı uşağa şiddət göstərildiyi iddia olunur.

Bakuplus.az xəbər verir ki, bu barədə Elnur Əliyev adlı vətəndaş sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 2 yaş 2 aylıq övladı mərkəzdən dəfələrlə üzü, gözü, alnı və digər nahiyələri göyərmiş vəziyyətdə evə qayıdıb. Valideynin sözlərinə görə, hər dəfə uşağın xəsarətləri "yıxılıb" deyə izah edilib. Bir dəfə isə uşağın bədənində çimdik izləri gördükdən sonra şübhələnib.

Elnur Əliyev bildirib ki, uşağı bağçadan göyərmiş halda gətirəndə oğlunun dil açmağa başladığını və ilk dediyi sözlərdən birinin "bolnıy sadik" olduğunu deyib. Onun sözlərinə görə, uşaq əli ilə alnını göstərərək bu ifadəni işlədib.

Valideynin iddiasına görə, bir müddət sonra uşağın gözü ciddi xəsarət alıb və sifətindəki göyərmə uzun müddət keçməyib. Sonuncu dəfə isə mərkəzdən götürdüyü zaman uşağın alnının gömgöy və şiş olduğunu görüb.

Valideynin sözlərinə görə, evə gəldikdən sonra uşağın 7 saat ərzində pampersinin dəyişdirilmədiyi və nəcis içində saxlanıldığı məlum olub. O, mərkəzi Elm və Təhsil Nazirliyinə şikayət edəcəyini bildirdikdə isə "hara istəyirsiz, şikayət edin" cavabını aldığını deyib.

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 14:10

Bakı və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Oxşar xəbərlər