top
Uşağınız tez-tez xəstələnir? - Səhiyyə Nazirliyinin pediatrından vacib tövsiyələr
23 sentyabr 2026, 15:10
- ↺ +

Uşağınız tez-tez xəstələnir? - Səhiyyə Nazirliyinin pediatrından vacib tövsiyələr

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir".

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova açıqlayıb.

Onun sözlərinə görə, sinklə zəngin qidalar olaraq balıq, noxud, qarabaşaq, mərcimək, qoz və fındıq tövsiyə olunur: "Vitamin C ilə zəngin portağal, kivi, pomidor, bibər və digər meyvə-tərəvəzlərin uşaqların qida rasionunda üstünlük təşkil etməsi tövsiyə olunur. Bağırsaq mikroflorasını dəstəkləmək üçün kefir, qatıq və digər fermentləşdirilmiş süd məhsullarından istifadə etmək faydalıdır. Omeqa-3 yağ turşuları ilə zəngin balıq növlərinə somon, skumbriya və siyənək aiddir. Bu məhsullar uşağın sağlam inkişafı üçün faydalı qida mənbələridir. Bundan əlavə, uşağın gün ərzində kifayət qədər su, meyvə-tərəvəz və digər faydalı qidaların balanslı şəkildə rasiona daxil edilməsi vacibdir".

G. Salehova bildirib ki, immuniteti dəstəkləməyin ən əsas yolu balanslaşdırılmış və sağlam qidalanmadır: "Meyvə, tərəvəz, zülal və sağlam yağlar da daxil olmaqla vitamin və minerallarla zəngin qidalar, təmiz havada fiziki aktivlik immun sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bundan əlavə, müntəzəm yuxu uşaqların orqanizminə istirahət verir və immun sistemini dəstəkləyir. Stresin idarə edilməsi, sevgi dolu mühit və təmiz yaşayış sahəsi də immun sisteminin sağlam fəaliyyətinə kömək edir".

Pediatr qeyd edib ki, xəstə uşağın məktəbə və ya bağçaya qayıtması isə xəstəliyin növündən və uşağın ümumi vəziyyətindən asılıdır: "Uşağın hərarəti varsa, ümumi vəziyyəti yaxşı deyilsə, ciddi halsızlıq, nəfəsalma çətinliyi, güclü öskürək, qusma və ya ishal kimi əlamətləri davam edirsə, onu məktəbə və ya bağçaya göndərmək düzgün deyil. Uşaq ən azı 24 saat ərzində hərarətsiz olduqda, hərarətsalıcı dərman qəbul etmədən özünü yaxşı hiss etdikdə və gündəlik fəaliyyətlərdə iştirak edə bildikdə kollektivə qayıda bilər. Bəzi infeksion xəstəliklər zamanı isə məktəbə və ya bağçaya qayıtmaq üçün daha uzun müddət tələb oluna bilər. Bu halda həkimin tövsiyəsi nəzərə alınmalıdır".

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Oxşar xəbərlər