top
Uşaqlar atalarını soruşurlar... - Yanğında əri ölən qadın
Foto
28 noyabr 2025, 10:16
- ↺ +

"Uşaqlar atalarını soruşurlar..." - Yanğında əri ölən qadın

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Noyabrın 21-i ailəmizlə keçirdiyimiz növbəti gözəl axşam olmalı idi. Əvəzində ailəmizdə faciə baş verdi".

Bakuplus.az xəbər verir ki, bu sözləri Yasamaldakı yanğında həlak olan binanın sakini və komendantı Samir Məhəmmədovun həyat yoldaşı Marta Ramazanova "Facebook" hesabında yazıb. 

Kiçik övladının həkimlərin səyi nəticəsində xilas edildiyini vurğulayan qadın hələ də xəstəxanada müalicə aldıqlarını, 4 yaşlı övladının oksigen aparatına qoşulu olduğunu deyib. 

M.Ramazanova qeyd edib ki, hadisədən artıq 6 gün keçməsinə baxmayaraq, hələ də saçından qoxu getmir:

"4 yaşlı uşağın ağciyərlərində nəyin baş verdiyini təsəvvür etmək isə daha qorxuludur. Qoxu saçlarımdan getmir, hər saniyə mənə o dəhşətli axşamı xatırladır. Ancaq baş verə biləcək ən dəhşətli şey budur: mükəmməl ata, sevimli həyat yoldaşı, gözəl dost, məsuliyyətli işçi və nəhayət, ölkəsinin nümunəvi vətəndaşı dünyasını dəyişdi. O, artıq yoxdur. Bir gecədə bütün həyatımız dəyişdi. Dəyişən tək bizim həyatımız olmadı. Uşaqlarımın dostu, balaca Arzu da artıq yoxdur. 

Biz, binanın sakinləri "bomj" kimi yaşayırıq. Əşyalarımızı paketlərə və çamadanlara yığırıq. Harada bacarsaq, orada sığınacaq tapırıq. Yaşamağa yerimiz yoxdur. Yeni il bayramını da harada və necə keçirəcəyimizi bilmirik. Uşaqlar nə baş verdiyini anlamır. Atalarının harada olduğunu və evə nə vaxt qayıdacağımızı soruşurlar. Onlara nə cavab verəcəyimi bilmirəm. Amma sonra başa salacam ki, səbəb atalarının ədalət uğrunda mübarizə aparmağa çalışmasıdır. Amma onu dinləmədilər. Ümid edirəm ki, o, sonuncu dəfə eşidiləcək. Günahkarlar qanunauyğun şəkildə sərt cəzalandırılmalıdır!"

M.Ramazanova xəstəxanada çəkdiyi şəkilləri də paylaşımına əlavə edib. 

Qeyd edək ki, yanğında həlak olan Samir Məhəmmədov "Kapital Bank"da layihə meneceri olaraq çalışıb. Bədbəxt hadisə zamanı onun ailə üzvləri də tüstüdən zəhərləniblər. 2021-ci il təvəllüdlü oğlu Məhəmməd Mikayıl, digər oğlu Daniel və həyat yoldaşı Marta Ramazanova özəl xəstəxanalardan birinə köçürülüblər.

 

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər