top
Vallah-billah, biabırçı vəziyyətdir - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT
Video
Bu gün, 16:37
- ↺ +

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Hökməli-Qobu-Güzdək avtomobil yolunda vəziyyət acınacaqlıdır. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Videodan bəlli olur ki, yola təmirlə əlaqəli tikinti və daş-torpaq tullantıları yığılıb. Bu vəziyyət həm piyadaların, həm də avtomobillərin hərəkətini çətinləşdirib. Yağışlı havalar isə vəziyyəti daha da pis həddə çatdırıb. 

"Vallah-billah, biabırçı vəziyyətdir. Bakının mərkəzindən bura nə qədər yoldur ki? Niyə aidiyyəti qurumlar buna bir əncam çəkmir? Neçə illərdir bu yol bu gündədir, camaat əziyyət çəkir", - videonu lentə alan şikayətçi bildirib. 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidə yağış və yeraltı suların effektiv idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub: "Hökməli-Qobu-Güzdək avtomobil yolunun 4-cü km-də, problem yaşanan ərazidə nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, habelə yolun asfalt-beton örtüyünün əsaslı təmirinin həyata keçirilməsi məqsədilə ilk növbədə ətraf yaşayış ərazilərində toplanan yağış və qrunt sularının avtomobil yolundan kənarlaşdırılması üçün zəruri tədbirlərin görülməsi vacibdir.

Mövcud vəziyyət göstərir ki, sözügedən ərazidə yağış və yeraltı suların effektiv idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub, eyni zamanda təmir-bərpa işlərinin dayanıqlı və keyfiyyətli şəkildə aparılmasını çətinləşdirib.

Bu baxımdan, asfalt örtüyünün təmirinə başlamazdan əvvəl aidiyyəti qurum tərəfindən səth və qrunt sularının kənarlaşdırılması məqsədilə drenaj sisteminin və suötürücü xətlərin inşası zəruri şərt kimi qiymətləndirilir. Yalnız bu tədbirlər aidiyyəti qurum tərəfindən icra edilib başa çatdırıldıqdan sonra yolda təmir-bərpa işləri həyata keçirilə bilər".

Mənbə: qafqazinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Bu gün, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Bu gün, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Oxşar xəbərlər