top
Vətən müharibəsinin xronikası: 10 oktyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bakuplus.az 10 oktyabr 2020-ci ildə cərəyan edən hadisələrin xronikasını təqdim edir:

- Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava" zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

- Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib.

- Müdafiə Nazirliyi: Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut qəsəbəsi, Aragül və Banazur istiqamətlərindən Cəbrayıl istiqamətində hücuma cəhd göstərib. Bölmələrimizin qabaqlayıcı tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə və döyüş texnikası itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını sıradan çıxarılıb.

- Azərbaycan Ordusu Qubadlıda düşmənin "S-300" idarəetmə sistemini məhv edib.

- Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Azərbaycan Ordusunun bölmələri düşmənin bütün hücum cəhdlərinin qarşısını qətiyyətlə alıb.

- Atəşkəs rejimini pozan düşmənin zirehli və digər hərbi texnikası, tank və artilleriya bölmələri, atəş nöqtələrinə çıxardığı ağır artilleriyası, döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri Azərbaycan Ordusu bölmələrinin dəqiq atəşi ilə məhv edilib.

- Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 "Elbrus" əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

- Düşmənin havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.

- Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 10 oktyabr saat 12:00-a olan məlumata görə, mülki şəxslərdən 31 nəfər həlak olub, 171 nəfər isə xəsarət alıb, 1137 ev, 45 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Son xəbərlər

Xəbər
Dünən, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
Dünən, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
Dünən, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
Dünən, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Dünən, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Dünən, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Dünən, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Dünən, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Dünən, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Dünən, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Dünən, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Dünən, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
08 oktyabr 2026, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
08 oktyabr 2026, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
08 oktyabr 2026, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
08 oktyabr 2026, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
08 oktyabr 2026, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
08 oktyabr 2026, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
08 oktyabr 2026, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
08 oktyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 oktyabr 2026, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
08 oktyabr 2026, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
08 oktyabr 2026, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Oxşar xəbərlər