top
Vətən müharibəsinin xronikası: 28 oktyabr
28 oktyabr 2025, 00:06
- ↺ +

Vətən müharibəsinin xronikası: 28 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Bakuplus.az hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

28 oktyabr - müharibənin 32-ci günü

• Ermənistan ordusu Bərdəni raket atəşinə tutub, 21 dinc sakin həlak olub, 70-ə yaxın şəxs yaralanıb.

• Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib. Bununla bağlı Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.

• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, eləcə də bir "Osa" zenit raket kompleksi, üç BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, altı D-30, beş D-20 və bir D-44 topu, iki 2A36 "Qiasint-B" topu, bir minaatan, bir "Konkurs" tank əleyhinə raket kompleksi və altı avtomobil texnikası sıradan çıxarılıb.

• Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib.

• Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 28-i saat 11:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər xəsarət alıb, 2338 ev, 92 çoxmənzilli yaşayış binası və 415 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Oxşar xəbərlər