top
Vətən müharibəsinin xronikası: 30 sentyabr
30 sentyabr 2025, 09:00
- ↺ +

Vətən müharibəsinin xronikası: 30 sentyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Bakuplus.az 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

30 sentyabr - müharibənin 4-cü günü

• Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüb.

• Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edib. Şarl Mişeli Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumatlandıran dövlətimizin başçısı bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir.

• Azərbaycan Ordusu müharibənin dördüncü günü qətiyyətli əks-hücum əməliyyatını davam etdirib. Müdafiə Nazirliyinin məlumatına görə, əks-hücum əməliyyatının başlandığı dörd gün ərzində düşmənin ümumilikdə 2300-dən çox canlı qüvvəsi məhv edilib. Bundan başqa, Ermənistan ordusunun 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən çox avtomobil texnikası sıradan çıxarılıb. Təkcə sentyabrın 30-da Ermənistan ordusunun 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

• Düşmənin artilleriya atəşi nəticəsində Horadiz şəhərində bir mülki şəxs həlak olub, üç nəfər isə xəsarət alıb. Bununla da Ermənistan silahlı qüvvələrinin xain hücumları zamanı həlak olan mülki şəxslərin sayı 15-ə, xəsarət alanların sayı isə 49-a çatıb. Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Bu gün, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Bu gün, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Bu gün, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Bu gün, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Bu gün, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Oxşar xəbərlər