top
Vətən müharibəsinin xronikası: 5 noyabr
05 noyabr 2025, 00:01
- +

Vətən müharibəsinin xronikası: 5 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bu gün tarixə haqq savaşımızın 40-cı günü kimi daxil olub.

Bakuplus.az 5 noyabr 2020-ci ildə cərəyan edən hadisələrin xronikasını təqdim edir:

* Döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Cəbhənin bəzi sahələrində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun hücumlarının, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
* Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.
* 5 noyabr 2020-ci ildə bölmələrimiz Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Mərzə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib.
* Azərbaycan Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
* Cəbhənin Tərtər istiqamətində düşmənin hərbi infrastrukturuna ciddi zərbələr endirilib. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndindəki 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya atəşi ilə dağıdılıb.
* Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət kimi bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini paylaşıb.
* Ermənistan ordusunun 41-ci artilleriya alayının batareyası və hərbi kolonu məhv edilib.
* Düşmənin dinc əhaliyə qarşı təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
* Ermənistan ordusu Goranboy rayonunun Meşəli kəndinə "Smerç" raketi atıb.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda tələbə vəfat etdi

Xəbər
Bu gün, 17:10

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

Xəbər
Bu gün, 16:45

Azərbaycana gələcək bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

Xəbər
Bu gün, 16:11

Zahid Oruc tıxacların günahkarını açıqladı – Kənddən gələnlər...

Xəbər
Bu gün, 15:20

Bakıda 31 yaşlı həkim vəfat etdi - Öd əməliyyatından sonra

Xəbər
Bu gün, 14:22

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

Xəbər
Bu gün, 13:37

"Bu gölməçə heç vaxt qurumur" - Nardaranlılar beziblər

Xəbər
Bu gün, 12:59

Sabah Bakıda yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Ramiz Mehdiyevin işi məhkəmə baxışına təyin olundu - YENİLƏNİB

Xəbər
Bu gün, 11:23

Bu marşrut avtobusları "Şamaxinka"da saxlamayacaq

Xəbər
Bu gün, 11:01

Kafedə iranlı ilə mübahisə etdi, digər müştərini bıçaqladı

Xəbər
Bu gün, 10:19

Bakıda 70 yaşlı qadın xeyriyyə adı altında dələduzluq etdi

Xəbər
Bu gün, 10:00

FHN ötən həftə 62 nəfəri xilas edib - 20-si azyaşlıdır

Xəbər
Bu gün, 08:06

Paraqvay parlamentində ilk dəfə Azərbaycanın uğurlarından danışılıb

Xəbər
Dünən, 21:00

21-27 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Xəbər
19 sentyabr 2026, 18:21

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Xəbər
19 sentyabr 2026, 16:01

Yeniyetmə anasına niyə 12 bıçaq zərbəsi vurdu? - YENILƏNİB

Xəbər
19 sentyabr 2026, 14:24

"Formula-1"lə əlaqədar 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Xəbər
19 sentyabr 2026, 12:12

Masazırda kişi qonşunun 9 yaşlı uşağını döydü - Öz övladına görə

Xəbər
19 sentyabr 2026, 11:31

Bir sutkada qazanılan tarixi Zəfər

Xəbər
19 sentyabr 2026, 11:01

Aida İmanquliyevanın anım günüdür

Xəbər
19 sentyabr 2026, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Xəbər
18 sentyabr 2026, 19:16

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Oxşar xəbərlər