top
Xadimə market müdirini döyərək barmağını sındırdı
16 oktyabr 2025, 10:30
- ↺ +

Xadimə market müdirini döyərək barmağını sındırdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Zəminə Səlimovanın (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, ittiham aktına əsasən, hadisə 17 aprel 2025-ci il tarixdə, saat 9 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan marketlərin birinin qarşısında qeydə alınıb. 

Belə ki, Zəminə Səlimova qeyd olunan marketin qarşısında toplanmış zibillərin guya market işçiləri tərəfindən yığıldığını iddia edərək, həmin obyektin müdiri, zərərçəkmiş Lamiyə Quluzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə zor tətbiq edərək onun barmağını sındırıb.  

Hadisədən sonra Zəminə Səlimova saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məhkəmə istintaqı zamanı dindirilən Zəminə Səlimova özünü təqsirli bilməyib. O deyib ki, hadisə günü xadimə işlədiyi aptekin içərisini və çöl tərəfini təmizlədikdən sonra evə gedib. 

Onun sözlərinə görə, səhəri gün işə gəldikdə isə marketin qarşısında zibilin yığıldığını görüb. Bununla bağlı marketin müdiriyyətinə dəfələrlə müraciət etdiyini bildirib. Amma market işçiləri zibili marketin önündən təmizlədiklərini iddia edib. Daha sonra marketdə Zəminə və Lamiyə arasında mübahisə yaranıb. Həmin vaxt Lamiyə qapını bağlayıb, sonra isə açaraq Zəminəni vurub. Buna görə, Zəminə zərərçəkmişi itələyib və nəticədə barmağı sınıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı nalayiq söz işlətməyib və digər şəxslərin adlarını da xatırlamır. 

Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Z.Səlimova 1 il 1 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
Dünən, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
Dünən, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
Dünən, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
Dünən, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
Dünən, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
Dünən, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
Dünən, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
Dünən, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
Dünən, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
Dünən, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Dünən, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Aktual Xəbərlər
Dünən, 13:38

"20 Yanvar" və "Şamaxinka"da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Siyasət
Dünən, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Dünən, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Dünən, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Dünən, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Dünən, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Dünən, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Dünən, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Dünən, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Aktual Xəbərlər
Dünən, 10:11

ADPU tələbələri təmirsizlik və antisanitariyadan şikayətçidirlər - "İldə 2300 manat veririk, amma..."

Oxşar xəbərlər