top
Xalq artisti sanatoriyadan şikayət etdi, “Bilgəh”dən onun dediklərini yalan adlandırdılar
14 iyun 2025, 06:44
- ↺ +

Xalq artisti sanatoriyadan şikayət etdi, “Bilgəh”dən onun dediklərini yalan adlandırdılar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti Tariyel Qasımov Bilgəh Kardioloji Sanatoriyasında özünə qarşı hörmətsizlik olunması ilə bağlı iddialar səsləndirib.

Aktyor bunu göndərişdə göstərilən tək otağın ona verilməməsi ilə əsaslandırıb:

“Bir həftə qaldım, çox pis şəraiti var, insanlara pis qulluq edirlər. Bu səbəbdən də acıq edib getdim. Acığın da dövlətə ziyanı var. Həmin sanatoriyada hər il oluram. Mənə gözəl qulluq ediblər, sənətkara, aktyora xüsusi diqqət olub. İndi oraya təzə rəhbərlik gəlib, davranışını, özünü idarə edə bilmir”.

Məsələ ilə bağlı “Bilgəh” kardioloji sanatoriyası qafqazinfo.az-a açıqlama verib:

“Xalq artisti Tariyel Qasımovun “Bilgəh” kardioloji sanatoriyası ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir və tamamilə böhtan xarakteri daşıyır.

Nəzərinizə çatdırırıq ki, hörmətli Xalq artisti həmkarlar ittifaqlarından aldığı rəsmi yollayış əsasında sanatoriyaya gəlib. Yollayışda onun ikinəfərlik otaqda qalacağı qeyd olunub və sənədə əsasən, o, digər bir şəxslə birlikdə həmin kateqoriyaya uyğun otaqda yerləşdirilib.

Lakin daha sonra Tariyel Qasımov bu şəraitlə razılaşmadığını bildirərək birnəfərlik otağa keçirilməsini tələb edib. Sanatoriyanın inzibati heyəti tərəfindən ona bildirilib ki, bu dəyişiklik yalnız yollayış sənədinin dəyişdirilməsi əsasında həyata keçirilə bilər. Həmçinin qeyd olunub ki, hazırda sanatoriyada bütün otaqlar tam doludur və belə bir dəyişiklik indiki halda mümkün deyil. Bundan əlavə, hörmətli Tariyel Qasımov sanatoriyada olduğu müddətdə tibbi prosedurlara davamlı olaraq qatılmayıb, həkimlərin tövsiyələrinə əməl etməyib və daxili nizam-intizam qaydalarına səthi yanaşıb. Diqqətinizə çatdırırıq ki, bu hal sanatoriyanın müalicə və reabilitasiya rejiminə uyğun gəlmir. Bir daha bildiririk ki, “Bilgəh” kardioloji sanatoriyasında göstərilən xidmətlər bütün pasiyentlərə bərabər əsaslarla, yollayış sənədlərində nəzərdə tutulmuş qaydalara uyğun şəkildə təqdim olunur”.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər