top
Xalq artistinin qızı: “Qardaşımın qətli ilə Turabovlar ailəsini öldürdülər” - FOTO 
07 aprel 2025, 00:02
- +

Xalq artistinin qızı: “Qardaşımın qətli ilə Turabovlar ailəsini öldürdülər” - FOTO 

Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova qardaşının qətlindən danışıb.

Kulis.az-a müsahibə verən Sevinc Turabova deyib ki, Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olmuş Daşqın Turabov 7 mart 1997-ci ildə Bakıya gəlib:

“Daşqın 7 martda Bakıya gəldi. Bizi 8 Mart münasibətilə təbrik elədi. 17 mart mənim ad günümdür. İndiyə qədər özümü bağışlaya bilmirəm. Mənə dedi ki, istəyirsən, getməyim, ad gününü qeyd edək, sonra gedim. Dedim ki, yox, o vaxta qədər niyə gözləyirsən? Get, sonra gələrsən. Kaş deyərdim ki, getmə. Onu güllə ilə vurmuşdular. Mən "getmə" desəydim, sağ qalacaqdı.

Hamı deyir ki, alın yazısıdır, olacağa çarə yoxdur, ancaq yenə də beynimdə ilişib qalıb. Martın 7-si təbrik elədi, getdi. 9-undan 10-na keçən gecə zəng gəldi. Dedilər ki, Siyəzəndəndir, Daşqını vurublar. Hamımız bir-birimizə baxdıq. Atam gəldi, ona da dedik. Hamımız şokda idik. Axı biz onunla neçə dəfə danışmışdıq. Çaşıb qaldıq. Atam tez dostlarına zəng elədi. Kamal Abdulla, Vaqif İbrahimoğlu gəldi. Sonra öyrəndik ki, Daşqını, doğrudan da, vurublar. Dedilər ki, yaralanıb, həkim gətirin. Onda atam sakitləşdi ki, deməli, sağdır. Elə təzəcə həkim danışmaq üçün dostları ilə evdən çıxırdı, xəbər gəldi ki, Daşqın keçinib. Tabutunu evə gətirənə qədər sağ olduğuna inanırdım. Biz 14-cü mərtəbədə qalırdıq. Aşağı düşənə qədər saçım ağardı. Hamı mənə baxırdı. Güzgüyə baxanda gördüm ki, saçım ağappaq olub”.

Turabova bildirib ki, indi Daşqının nəvəsi var: “Sadəcə, həyatda heç kim heç kimin yerini vermir. O məni ana kimi istəyirdi. Daşqın məndən doqquz yaş böyük idi. Mən ona atam kimi baxırdım”.

O söyəlyib ki, Daşqının qətlindən sonra Həsənağa Turabovun vəziyyəti pisləşib: “Atama çox pis təsir elədi. Daşqının ölüm xəbəri gələndə dayandı, divara baxdı, baxdı, baxdı. Əlini üç dəfə vurdu divara. Acizlikdən... "Heç nə eləyə bilmədim, kömək eləyə bilmədim oğluma", - dedi. Gəldi oturdu divanda. Bir nöqtəyə zilləndi. O nöqtəyə baxandan sonra atam tamam dəyişdi. Ürək xəstəliyi tapdı, vəziyyəti ağırlaşdı”.

Xalq artistinin qızı qatili bağışlamadığını sözlərinə əlavə edib: “…iş kəsildi (qatili nəzərdə tutur-red.) Nə olsun, artıq buraxıblar. Müsahibələr verib. “TikTok”da görmüşəm…. Onu heç vaxt bağışlamayacağam. O, bu ailəni dağıtdı. Bəlkə də, Daşqın ölməsəydi, atam nə qədər yeni kinolara çəkiləcəkdi. Gözəl rolları olacaqdı. Onun ölümü ilə sanki Turabovlar ailəsini öldürdülər. İndi də Turabovlardan bir-iki nəfər qalıb”.

Xalq artistinin qızı: “Qardaşımın qətli ilə Turabovlar ailəsini öldürdülər”  

Son xəbərlər

Xəbər
Bu gün, 17:11

Xətai rayonunda aparılan inşaat işləri BİNALARI TƏHLÜKƏYƏ ATIR?

Xəbər
Bu gün, 15:11

Bakıda tələbə faciəli şəkildə öldü

Xəbər
Bu gün, 14:03

Gəlinlik salonunda satıcı müştərini çimdiklədi - "İy gəlirdi"

Xəbər
Bu gün, 13:38

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Xəbər
Bu gün, 12:26

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Xəbər
Bu gün, 11:25

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

Xəbər
Bu gün, 10:15

Yol polisi sürücülər müraciət etdi: DİQQƏTLİ OLUN

Xəbər
Bu gün, 09:23

Milli Qəhrəman, jurnalist - Yaşasaydı 66 yaşı olacaqdı...

Xəbər
Dünən, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
Dünən, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
Dünən, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
Dünən, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
Dünən, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
Dünən, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
Dünən, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
Dünən, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
Dünən, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
Dünən, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
Dünən, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
Dünən, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
Dünən, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
Dünən, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
Dünən, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Oxşar xəbərlər