top
Xalq artistinin qızı: Rasim Balayev 700 manat göndərdi, nazirlik isə heç nə etmir
19 avqust 2025, 18:17
- ↺ +

Xalq artistinin qızı: "Rasim Balayev 700 manat göndərdi, nazirlik isə heç nə etmir"

Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsi hələ də düzəltdirilməyib.

Bu barədə teleqraf.az-a açıqlamasında Ənvər Həsənovun qızı Aytən Həsənova bildirib.

Onun sözlərinə görə, abidənin hazırlanmaması maliyyə problemi ilə əlaqədardır: "Mədəniyyət Nazirliyi bildirdi ki, maliyyə baxımımdan buna gücləri çatmır. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev 700 manat göndərdi. Bu məbləğ kifayət etmədi. Gözləyirəm ki, bu pulun üzərini nə vaxt düzəldə biləcəyəm".

Aytən Həsənova deyib ki, qəbirüstü abidə üçün üç min manat lazımdır, onun özünün isə buna imkanı yoxdur: "İşləmirəm, səhhətimdə problemlər var. Oğlum Murad yalnız evin xərclərini qarşılayır. İlk gündən Kinostudiyaya, Mədəniyyət Nazirliyinə və atamın dostlarına müraciət etdim ki, mənə kömək eləsinlər, ən azından atamın hörməti üçün. Amma heç kimdən kömək gəlmədi".

Xalq artistinin qızı bildirib ki, mərhum atasının sənət dostlarından yalnız Ötkəm İsgəndərov, Cəmil Quliyev tez-tez zəng edirlər: "Başqa heç kim. Atamın yaxın dostları indi yanımızda deyil".

Aytən Həsənova avqustun 17-də Ənvər Həsənovun doğum günü onun qəbrini ziyarət edə bilməyib: "İnanın, utandığımdan qəbrini ziyarət edə bilmədim, çünki qəbirüstünü düzəldə bilməmişdim".

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Ənvər Həsənov bu il martın 16-da uzun sürən xəstəlikdən vəfat edib.

O, Buzovna qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
05 oktyabr 2026, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
05 oktyabr 2026, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Oxşar xəbərlər