top
Xalq rəssamı Altay Hacıyevin doğum günüdür
02 aprel 2025, 05:01
- ↺ +

Xalq rəssamı Altay Hacıyevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan incəsənətinə adını yazdıran isimlərdən biri də müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı Altay Hacıyevdir.

Bakuplus.az xəbər verir ki, bu gün Xalq rəssamı Altay Hacıyevin anadan olmasının 94-cü ildönümü tamam olur.

Altay Əmir oğlu Hacıyev 1931-ci il aprelin 2-də Bakı şəhərində anadan olub. O, 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra bir müddət respublika nəşriyyatlarında kitabların bədii tərtibatı üzrə rəssam işləyib, 1954–1959-cu illərdə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsində təhsil alıb. 1959-cu ildən etibarən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısı olan Altay Hacıyev 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. Altay Hacıyev dəzgah və kitab qrafikası rəssamı kimi Azərbaycan rəngkarlığının inkişafında səmərəli xidmətlər göstərib və milli təsviri sənətin inkişafına töhfələr vermiş sənətkarlardandır. Müxtəlif janr və mövzularda çoxsaylı əsərləri ilə geniş şöhrət qazanmış rəssamın fırçasının məhsulu olan tablolar həmişə özünün yaddaqalan kompozisiya həlli, işlənmə üslubu və rəng zənginliyi ilə səciyyələnib. Tarixi-mədəni irsə və milli dəyərlərə ehtiram sənətkarın yaradıcılığının leytmotivini təşkil edib.

Dünya rəssamlıq ənənələrini lazımınca mənimsəmiş Altay Hacıyev uzun illər kitab qrafikası, tərtibatı və illüstrasiyası sahəsində uğurla fəaliyyət göstərib. Kitablara çəkdiyi rəngli illüstrasiyalar sənət nümunələri olaraq rəssamın Azərbaycanın zəngin xalq yaradıcılığı xəzinəsinə dərin bələdliyini özündə təcəssüm etdirir. Onun yaratdığı silsilə lövhələrdə insan əməyinin əzəməti, zəhmətə inamın təntənəsi və gələcəyə ümid rənglərin ən incə çalarlarında ifadəsini tapıb. Altay Hacıyev Azərbaycan xalqının yetirdiyi görkəmli şəxsiyyətlərin unudulmaz obrazlarını məhz qədim miniatür sənətimizə, ədəbi-mədəni fikir tariximizə və çoxəsrlik ənənələrimizə bağlılığı sayəsində tam dolğunluğu ilə canlandırmağa müvəffəq olub. Bu əsərlər böyük bədii-estetik təsir qüvvəsinə malik olub, vətənə məhəbbət duyğusu təlqin edir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.

Altay Hacıyev yalnız kitab qrafikası ilə kifayətlənməyib, rəngkarlıq sahəsində də fırçasını sınaqdan çıxarıb. Rəngkarlıq əsərlərinin ana xəttini isə şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edib. "Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" və b. əsərləri diqqətəlayiq sənət nümunələridir.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamın bir neçə fərdi sərgisi açılıb. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri təşkil edilib.

Altay Hacıyevin yaradıcılığı yüksək qiymətləndirilib. O, 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunub.

Görkəmli rəssam 2019-cu ildə vəfat edib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər