top
Xalq yazıçısının doğum günüdür
18 mart 2025, 05:38
- ↺ +

Xalq yazıçısının doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

18 mart Xalq yazıçısı Mövlud Süleymanlının doğum günüdür.

Mövlud Süleyman oğlu Balakişiyev 1943-cü il martın 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı “Cücəkənd”) anadan olub.

O, Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirərək 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daхil olub və 1967-ci ildə oranı bitirib.

Ədəbiyyata ötən əsrin 70-ci illərində gələn yazıçı yaradıcılığa lirik şeirlərlə başlayıb. Onun “Əllərim” adlı ilk şeiri 1964-cü ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub.

Mövlud Süleymanlının yaradıcılığını səciyyələndirən başlıca amillər əsərlərində məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərlər və vətənpərvərlik hissləridir.

Onun “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” povest və hekayələrindən ibarət olan kitabı 1979-cu ildə “Ayın aydınlığında” adı ilə nəşr olunub.

Sözügedən kitabdan sonra müəllif həm ədəbi ictimaiyyət, həm də oxuyucular arasında nasir kimi şöhrət qazanıb. “Şanapipik”, “Duzsuzluq”, “Ot” kimi hekayələr isə yazıçının müharibə mövzusuna həsr etdiyi hekayələri sırasındadır və Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən hesab edilir.

Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət etməyə başlayıb.

Müəllifin “Köç”, “Ceviz qurdu”, “Səs” romanları çağdaş Azərbaycan romançılığının inkişafına çox böyük töhfə verib.

1980-ci ildə qələmə aldığı “Köç” romanında xalqın milli keçmişindən, sovet hakimiyyətinin gəlişinə qədərki taleyindən söhbət açılır. Romanda təbliğ olunan başlıca ideya Azərbaycan xalqının birliyi ideyasıdır.

Mövlud Süleymanlı 21 fevral 2024-cü il tarixində vəfat edib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər